Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Tarixdə bu gün
    Tarixdə bu gün

    1999-cu il, bu gün Tayvanda bu gün baş verən dağıdıcı zəlzələ minlərlə insanın həyatına son qoydu

    21 Sentyabr 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    1999-cu il, bu gün Tayvanda bu gün baş verən dağıdıcı zəlzələ minlərlə insanın həyatına son qoydu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    1999-cu il sentyabrın 21-də Tayvanda baş verən güclü zəlzələ minlərlə insanın ölümünə, on minlərlə insanın evsiz qalmasına və milyardlarla dollarlıq dağıntıya səbəb olub. Bu, 1935-ci ildən bəri adada qeydə alınan ən faciəvi təbii fəlakət idi.

    Səhər saat 01:47-də, əhalinin böyük hissəsi Payız Festivalına hazırlaşarkən, adanı 7,6 bal gücündə zəlzələ silkələdi. Episentri Tayvanda – Nantou və Taichung yaxınlığında yerləşən təkan adanın bütün ərazisində dağıntılara səbəb oldu. Yollar çökdü, torpaq sürüşmələri çayların istiqamətini dəyişərək yeni göllər yaratdı. İlk 30 dəqiqədə 6 baldan güclü beş afterşok qeydə alındı.

    Tayvanın müxtəlif bölgələrində onlarla çoxmərtəbəli bina tamamilə dağıldı. Paytaxt Taypeydə 12 mərtəbəli otel uçdu, Dongshi şəhərində isə 14 mərtəbəli bina yerlə bir oldu. Ən ağır zərbəni Tungshih şəhərində yaşandı – burada demək olar ki, bütün binalar dağıldı, 60 minlik əhali işıqsız, susuz və rabitəsiz qaldı.

    Zəlzələ zamanı torpaq bəzi yerlərdə 8 metrədək qalxaraq yeni təpəciklərin yaranmasına səbəb oldu. Çökmüş körpülərin yanında yeni şəlalələr formalaşdı, buddist məbədləri uçdu, Taypeydə isə çoxsaylı yanğınlar qeydə alındı.

    Ölkə morqlarında ölənlərin cəsədlərini saxlamaq üçün kifayət qədər şərait olmadığından meydanlarda çadır şəhərcikləri salındı. On minlərlə insan evlərini tərk edərək açıq havada qalmağa məcbur oldu, çünki güclü afterşoklar davam edirdi. Sonrakı aylarda 8 mindən çox təkan qeydə alındı.

    Dünya dövlətləri yardımlarını təklif etsə də, Tayvan yalnız Çindən 100 min dollarlıq maddi dəstəyi qəbul etdi. Hökumətin ilk mərhələdəki cavabı isə yerli əhali tərəfindən kifayət qədər qənaətbəxş hesab edilmədi.

    Faciədən sonra ölkədə tikinti sahəsinə nəzarət sərtləşdirildi. Məqsəd gələcəkdə baş verəcək zəlzələlər zamanı bu miqyasda dağıntıların və insan itkilərinin qarşısını almaq idi.

    #Tarixdə bu gün #Tayvan #Tayvanda baş verən güclü zəlzələ #Nantou #Payız Festivalı #Dongshi #Tungshih
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tarixdə bu gün - 26 İyul

    26 İyul 2026 00:01

    Tarixdə bu gün - 25 İyul

    25 İyul 2026 00:01

    Tarixdə bu gün - 24 İyul

    24 İyul 2026 00:01

    Tarixdə bu gün - 23 İyul

    23 İyul 2026 00:01

    Tarixdə bu gün - 22 İyul

    22 İyul 2026 00:01

    Tarixdə bu gün - 21 İyul

    21 İyul 2026 00:01

    Tarixdə bu gün - 20 İyul

    20 İyul 2026 00:01

    Tarixdə bu gün - 19 İyul

    19 İyul 2026 00:01

    Tarixdə bu gün - 18 İyul

    18 İyul 2026 00:01

    Tarixdə bu gün - 17 İyul

    17 İyul 2026 00:01

    Tarixdə bu gün - 16 İyul

    16 İyul 2026 00:01

    Tarixdə bu gün - 15 İyul

    15 İyul 2026 00:01
    XƏBƏR LENTİ

    Elm müharibələrin qaynağıdır?

    Səs inkişaf etdirilə bilərmi? - Bunun üçün hansı məşqlər lazımdır?

    Aseton qarşılığında Fələstində yəhudi yurdu quran alim - Çaim Vayzman və onun siyasi əlaqələri

    Azərbaycan hip-hopu: Çingiz Mustafayevdən müasir rep dalğasına qədər

    Əs-Sistani sonrası Nəcəf Hövzəsini gözləyən tarixi sınaq

    Qətər dəniz naviqasiyasının tam bərpa olunduğunu elan edib

    Səhra ortasındakı cənnət: Səba krallığının mühəndislik möcüzələri və ticarət sirləri

    Medikamentoz terapiyadan bioloji hədəfə: Xoralı kolitin müasir dərmanla müalicə protokolları

    Səudiyyə Ərəbistanında milli siyasət boğulma hallarını 31 faiz azaldıb

    Səudiyyə boksçuları Ciddədə qələbə qazandı – Yerli idmançılar beynəlxalq gecəyə damğa vurdu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.