Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Tarixdə bu gün
    Tarixdə bu gün

    Bu gün Yaponiya təslim oldu – İkinci Dünya Müharibəsi başa çatdı

    2 Sentyabr 2025 12:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bu gün Yaponiya təslim oldu – İkinci Dünya Müharibəsi başa çatdı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    2 sentyabr 1945-ci ildə, Yaponiyanın rəsmi təslim sənədini imzalaması ilə İkinci Dünya Müharibəsi sona çatdı. Təslim mərasimi ABŞ-ın USS Missouri döyüş gəmisində, Tokio körfəzində keçirildi.

    1945-ci ilin yayında Yaponiyanın məğlubiyyəti artıq qaçılmaz idi. Donanma və hava qüvvələri məhv edilmiş, şəhərlər intensiv bombardman nəticəsində xarabaya çevrilmişdi. ABŞ-ın Okinavanı ələ keçirməsi müttəfiqlərə Yaponiyanın əsas adalarına hücum imkanı açırdı.

    Lakin 6 avqustda ABŞ-ın “Enola Gay” bombardmançısı Hiroşimaya atom bombası atdı – 80 min insan dərhal həlak oldu. 9 avqustda isə Naqasakiyə ikinci atom bombası endirildi. Eyni gün SSRİ Yaponiyaya müharibə elan edərək Mançuriyada sürətli hücuma keçdi.

    İmperator Hirohito sülh qərarı verir

    Yaponiyanın Ali Hərbi Şurasında gərgin debatlardan sonra imperator Hirohito Potsdam Bəyannaməsini qəbul etməyə qərar verdi. 15 avqustda o, ilk dəfə radio ilə xalqa müraciət edərək “dözülməzə dözmək və tab edil­məzə tab gətirmək” ifadəsi ilə təslimi elan etdi. ABŞ dərhal kapitulyasiyanı qəbul etdi.

    Müttəfiq qüvvələrin baş komandanı general Duqlas Makartur təslim aktına rəhbərlik etmək üçün seçildi. 2 sentyabr səhəri 250-dən çox müttəfiq hərbi gəmi Tokio körfəzində lövbər salmışdı.

    Yaponiyanı xarici işlər naziri Mamoru Şigemitsu və general Yoşijiro Umezu təmsil etdi. Onların imzasından sonra Makartur sənədi imzaladı və “insanlığın qan və dağıntılardan daha yaxşı bir dünyaya çıxacağına” ümid etdiyini bildirdi. Ardınca ABŞ, Çin, Britaniya, SSRİ, Avstraliya, Kanada, Fransa, Niderland və Yeni Zelandiya nümayəndələri də sənədi imzaladılar. ABŞ adına admiral Çester Nimits imza atdı.

    Mərasimin sonunda buludların arasından günəş doğdu. Bununla da bəşər tarixinin ən dağıdıcı müharibəsi – İkinci Dünya Müharibəsi – rəsmi olaraq başa çatdı.

    #Yaponiya #Tarixdə bu gün #İkinci Dünya Müharibəsi #USS Missouri #Enola Gay #Mançuriya #Hirohito Potsdam #Duqlas Makartur #Mamoru Şigemitsu #Yoşijiro Umezu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tarixdə bu gün - 17 İyul

    17 İyul 2026 00:01

    Tarixdə bu gün - 16 İyul

    16 İyul 2026 00:01

    Tarixdə bu gün - 15 İyul

    15 İyul 2026 00:01

    Tarixdə bu gün - 14 İyul

    14 İyul 2026 00:01

    Tarixdə bu gün - 13 İyul

    13 İyul 2026 00:01

    Tarixdə bu gün - 12 İyul

    12 İyul 2026 00:01

    "Bavi" qasırğası Çinin Taycou şəhərinə çatıb, təxminən iki milyon nəfər təxliyə edilib

    11 İyul 2026 22:45

    Tarixdə bu gün - 11 İyul

    11 İyul 2026 00:01

    Tarixdə bu gün - 10 İyul

    10 İyul 2026 00:01

    Yaponiya nümayəndə heyəti MÜSİAD Azərbaycan ilə iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib

    9 İyul 2026 21:24

    Tarixdə bu gün - 9 İyul

    9 İyul 2026 00:01

    Tarixdə bu gün - 8 İyul

    8 İyul 2026 00:01
    XƏBƏR LENTİ

    Dərin qeyri-müəyyənlik... Tehranda qərar qəbuletmə aparatı dağılıbmı?

    Qahirə öz rəsmi “sinir mərkəzini” niyə paytaxtdan uzaqlaşdırdı?

    Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.