Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Filmoskop
    Filmoskop

    Venesiyada 23 dəqiqəlik alqış - 5 yaşlı Hind Rəcəbin faciəsi dünya kinosunun mərkəzində

    12 Aprel 2026 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Venesiyada 23 dəqiqəlik alqış - 5 yaşlı Hind Rəcəbin faciəsi dünya kinosunun mərkəzində
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    Tunisli rejissor Kauzer Ben Hanianın Qəzzada həlak olan 5 yaşlı Hind Rəcəbin son anlarından bəhs edən "The Voice of Hind Rajab" (Hind Rəcəbin Səsi) filmi beynəlxalq aləmdə böyük əks-səda doğurub.

    82-ci Venesiya Beynəlxalq Film Festivalında dünya premyerası keçirilən ekran əsəri festival tarixinin ən uzunmüddətli – tam 23 dəqiqəlik ayaqüstü alqışına səhnə olub. Bununla da film, 2006-cı ildə Kannda "Panın Labirinti" filminə məxsus olan 22 dəqiqəlik rekordu geridə qoyub.

    Orijinal səs yazıları üzərində qurulan əsər

    Film 29 yanvar 2024-cü ildə İsrail ordusunun hücumu zamanı ailə üzvləri ilə birlikdə avtomobildə hədəf alınan Hind Rəcəbin real hekayəsinə əsaslanır. Avtomobil 300-dən çox güllə ilə atəşə tutularkən ailənin 5 üzvü yerindəcə həlak olub. 5 yaşlı Hind isə sağ qalaraq təxminən üç saat ərzində Fələstin Qızıl Aypara Cəmiyyətinin könüllüləri ilə telefon əlaqəsində olub və yardım istəyib.

    Rejissor Ben Hania filmdə həmin dəhşətli anların orijinal səs yazılarını istifadə edib. Ekran işində zorakılıq səhnələri nümayiş etdirilməsə də, balaca qızın "Çox qorxuram, nə olar gəlib məni götürün" yalvarışları tamaşaçılara sarsıdıcı təsir bağışlayır.

    Layihə beynəlxalq kino ictimaiyyətinin ən nüfuzlu simaları tərəfindən dəstəklənib. Bred Pitt, Xoakin Feniks, Runi Mara, Alfonso Kuaron və Conatan Qleyzer kimi ulduzlar filmin icraçı prodüserləri qismində çıxış ediblər. Venesiyadakı nümayiş zamanı aktyorlar səhnəyə Hindin fotoşəklini çıxarıb, zalda isə "Azad Fələstin" şüarları səsləndirilib.

    Filmin aktrisası Saja Kilani mətbuat konfransında Hindin səsinin son iki ildə öldürülən on minlərlə uşağın səsi olduğunu vurğulayıb.

    #Qəzza müharibəsi #Xoakin Feniks #Hind Rəcəb (Hind Rajab) #Venedik Film Festivalı #Kaouther Ben Hania #23 dəqiqəlik alqış #Fələstin Qızıl Aypara #beynəlxalq film rekordları #Hind Rəcəbin hekayəsindən bəhs edən film 2026 #Venedik festivalında ən uzun alqışlanan film hansıdır? #The Voice of Hind Rajab filminin prodüserləri kimlərdir? #5 yaşlı fələstinli qızın avtomobildə son səs yazısı #Qəzzadakı uşaq qətliamlarına dair sənədli-dram filmləri #Kaouther Ben Hanianın Venedikdəki yeni filmi haqqında məlumat
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    27 Avqust 2026 07:39

    Kolumbiya İsrailə kömür ixracını iki ildən sonra bərpa edir

    23 Avqust 2026 11:25

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    22 Avqust 2026 09:00

    Tramp və Netanyahu seçki dilemması ilə üz-üzə - Ziddiyətlər niyə artır?

    21 Avqust 2026 09:00

    İsrail 2 il sonra Hind Rəcəbin öldürülməsini etiraf edib

    20 Avqust 2026 09:31

    Qətər və Səudiyyə Ərəbistanı dəniz təhlükəsizliyinə çağırış edib

    20 Avqust 2026 09:24

    Qəzza və Sudan yardım işçiləri üçün ən təhlükəli bölgələrdir - BMT

    19 Avqust 2026 13:47

    Netanyahu Britaniyanı «İslam Respublikası» adlandırdı

    14 Avqust 2026 16:40

    Trampın 20 bəndlik planı masada: Kuşner Yaxın Şərqə səfərə hazırlaşır

    14 Avqust 2026 09:03

    Netanyahu Qəzza məsələsində Trampa qarşı çıxır - səbəb nədir?

    13 Avqust 2026 09:00

    Kolumbiya Universitetinə qarşı məhkəmə iddiası: Fələstinlilərin hədəf alındığı bildirilir

    12 Avqust 2026 14:14

    Tarixinin ən böyük dəfn mərasimi - Qəzzada 112 nəfərin cənazəsi iki il yarımdan sonra dəfn edildi

    4 Avqust 2026 14:46
    XƏBƏR LENTİ

    Huda Qəttan və Kardi Bi əməkdaşlığa başlayır

    Prezident İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

    Prezident İlham Əliyev və Nikol Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər

    Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib

    Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat yayılıb

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    Dünyanın ən yaxşı reqbiçiləri Dubayda - HSBC SVNS 2027 seriyasının açılışı olacaq

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.