#Venedik festivalında ən uzun alqışlanan film hansıdır?

Tunisli rejissor Kauzer Ben Hanianın Qəzzada həlak olan 5 yaşlı Hind Rəcəbin son anlarından bəhs edən "The Voice of Hind Rajab" (Hind Rəcəbin Səsi) filmi beynəlxalq aləmdə böyük əks-səda doğurub. 82-ci Venesiya Beynəlxalq Film Festivalında dünya premyerası keçirilən ekran əsəri festival tarixinin ən uzunmüddətli – tam 23 dəqiqəlik ayaqüstü alqışına səhnə olub. Bununla da film, 2006-cı ildə Kannda "Panın Labirinti" filminə məxsus olan 22 dəqiqəlik rekordu geridə qoyub.