Tunisli rejissor Kauzer Ben Hanianın Qəzzada həlak olan 5 yaşlı Hind Rəcəbin son anlarından bəhs edən "The Voice of Hind Rajab" (Hind Rəcəbin Səsi) filmi beynəlxalq aləmdə böyük əks-səda doğurub. 82-ci Venesiya Beynəlxalq Film Festivalında dünya premyerası keçirilən ekran əsəri festival tarixinin ən uzunmüddətli – tam 23 dəqiqəlik ayaqüstü alqışına səhnə olub. Bununla da film, 2006-cı ildə Kannda "Panın Labirinti" filminə məxsus olan 22 dəqiqəlik rekordu geridə qoyub.
#Xoakin Feniks
Hüquq müdafiəçiləri bildirirlər ki, İsrailin kino institutları Fələstinlilərə qarşı zorakılıqları “ört-basdır etmə” və ya “haqlı göstərmə” prosesində rol oynayıb. Onlar həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Fələstin torpaqlarındakı işğalını qeyri-qanuni sayan qərarına, eləcə də ekspertlərin Qəzzadakı hərbi əməliyyatları “soyqırımı səviyyəsində” qiymətləndirməsinə istinad ediblər.