Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq / Fələstin
    Fələstin

    İsrail ordusunun Qəzzadakı məktəbə etdiyi hava hücumu nəticəsində ölənlərin sayı artıb

    26 May 2025 13:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail ordusunun Qəzzadakı məktəbə etdiyi hava hücumu nəticəsində ölənlərin sayı artıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrail ordusu tərəfindən Qəzzada yerləşən "Fəhmi əl-Cərdcavi" məktəbinə endirilən hava zərbəsi nəticəsində həlak olanların sayı 36-ya yüksəlib.

    AzerVoice xəbər verir ki, bu barədə Livanın "Al Mayadeen" telekanalı məlumat yayıb.

    Məlumatda deyilir ki, atəşə tutulan binada qaçqınlar və məcburi köçkünlər yerləşdirilmişdi.

    Daha əvvəl hücum nəticəsində ölənlərin sayının 25 olduğu bildirilmişdi. Onların arasında bir neçə uşaq, bir jurnalist və azı iki humanitar təşkilatın əməkdaşı olduğu qeyd olunmuşdu.

    Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın üzvləri Qəzza zolağından İsrail ərazisinə daxil olaraq sərhəd bölgələrində yaşayan mülki şəxsləri qətlə yetirmiş və bir sıra insanları girov götürmüşdülər. Bu hücuma cavab olaraq, İsrail HƏMAS-ın hərbi və siyasi infrastrukturunu məhv etmək və bütün girovları azad etmək məqsədilə Qəzza zolağında hərbi əməliyyata başlamışdı.

    Öyən il martın 18-də İsrail ordusu yanvarda elan olunmuş atəşkəsi pozaraq Qəzzaya qarşı yenidən genişmiqyaslı hərbi əməliyyatlara start verdi. İsrail Baş naziri Binyamin Netanyahunun ofisi, HƏMAS-ın vasitəçilər və ABŞ Prezidenti Donald tramp tərəfindən təyin olunmuş xüsusi nümayəndə Stiven Uitkoffun təkliflərini rədd etdiyini əsas gətirərək, bu hücumların məqsədinin girovların azad edilməsi olduğunu bildirdi. HƏMAS isə cavab olaraq, hərbi əməliyyatların yenidən başlamasına görə İsrail və ABŞ-ı ittiham etdi.

    #İsrail #Fələstin #Qəzza zolağı #məktəb #hava hücumu #İsrailin hava zərbələri #Hava zərbəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran İsrailə hücum edib

    7 İyun 2026 23:39

    ABŞ və İran sülhə niyə yaxınlaşa bilmədi? 100 gündə nəticəsiz qalan danışıqların detalları

    7 İyun 2026 11:00

    1701 saylı qətnamənin əhəmiyyəti nədir?

    6 İyun 2026 22:14

    İsrailin hərbi addımlarına qarşı beynəlxalq məhdudiyyət varmı?

    6 İyun 2026 21:16

    Videoda hansı hadisələr əks olunub?

    6 İyun 2026 20:38

    Həmas Qəzza şəhərində İsrailin “dəhşətli qırğınını” pisləyib

    6 İyun 2026 20:16

    İsrailin Livanın cənubuna hücumları nəticəsində azı 10 nəfər həlak olub

    6 İyun 2026 19:15

    İordan çayının qərb sahilində son saatlarda nə baş verib?

    6 İyun 2026 18:37

    İsrail qüvvələri Qəzzada uşaq xəstəxanasının yaxınlığında atəş açıb

    6 İyun 2026 18:06

    Pentaqon İsrail kəşfiyyatının ABŞ rəsmilərini izləməsindən narahatdır - Əks-kəşfiyyat təhdidi ən yüksək həddə

    6 İyun 2026 11:29

    Beynəlxalq insan haqları təşkilatının rəhbəri İsraili Qəzza xəstəxanasının direktorunu azad etməyə çağırıb

    6 İyun 2026 10:18

    Həmas nümayəndə heyəti “atəşkəs” üçün Misirə gedib

    5 İyun 2026 22:50
    XƏBƏR LENTİ

    İran-İsrail qarşıdurmasında yeni mərhələ: Yaxın Şərq yenidən genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzə

    Xiaomi 17T smartfonunun icmalı: Mükəmməl kameralara sahib praktik cihaz

    Onlayn mediasiya qanunvericilikdə necə tanınır?

    Süni intellektin ən yaxşı 10 test və qiymətləndirmə aləti

    Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

    Linuxda arxivləşdirmə və sıxılma: Tar, Zip və Unzip komandaları

    Paşinyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa sadiqliyini bəyan edib

    Paşinyanın partiyası hökuməti təkbaşına qurmaq hüququ əldə edib

    Ermənistanda seçkilər: Paşinyanın partiyası qalib gəlib

    Fateh Sultan Mehmedin səfərləri Osmanlı iqtisadiyyatına necə təsir edirdi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.