Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Energetika
    Energetika

    Naxçıvanın enerji sistemində yeni mərhələ: bir ildə nələr dəyişib?

    22 Noyabr 2025 10:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Naxçıvanın enerji sistemində yeni mərhələ: bir ildə nələr dəyişib?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Bir il əvvəl – 2024-cü il 23 noyabr tarixində Prezident İlham Əliyevin 235 nömrəli Fərmanına əsasən, Naxçıvan Dövlət Energetika Xidmətinin enerjinin istehsalı və ötürülməsi funksiyaları “Azərenerji” ASC-yə həvalə edilib.

    AzerVoice "Azərenerji" ASC-yə istinadən xəbər verir ki, Fərmanın icrası məqsədilə ötən bir il ərzində Naxçıvan Muxtar Respublikasında enerji sisteminin yenilənməsi və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. Cəmiyyətin balansında “Naxçıvan Enerji” MMC yaradılıb, yeni struktur formalaşdırılıb və 400-dən çox yerli mütəxəssis işlə təmin olunub.

    Bununla yanaşı, “Azərenerji” ASC tərəfindən “Naxçıvan Muxtar Respublikasının Elektroenergetika Strategiyası” əsasında “2025–2027-ci illər üzrə Reabilitasiya və Yenidənqurma Tədbirləri” hazırlanıb. Strategiyanın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikasının enerji təchizatında mühüm rol oynayan bir neçə yarımstansiyanın yenidən qurulmasına başlanılıb. Hazırda 110 kV-luq “Naxçıvan”, 154/110/10 kV-luq “Babək” və 110/35/10 kV-luq “Çeşməbasar” yarımstansiyalarında tikinti işləri müasir mühəndislik həlləri və beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq aparılır. Qeyd edək ki, 110/35/10 kV-luq “Naxçıvan” yarımstansiyası muxtar respublikanın ilk qapalı tipli yarımstansiyası olacaq ki, bu da enerji infrastrukturunun təhlükəsizliyini və idarəolunma səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Eyni zamanda, 132/110/35/10 kV-luq “Yeni Culfa” yarımstansiyasında istismara hazırlıq işləri yekun mərhələdədir.

    Enerji idarəetməsinin rəqəmsallaşdırılması sahəsində də mühüm addımlar atılır. “Naxçıvan Enerji” MMC-nin inzibati binası, Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin tikintisi sürətlə davam etdirilir. Layihə çərçivəsində beton işlərinin böyük hissəsi artıq tamamlanıb, dəmir-armatur örtüklərinin montajı aparılır. Tikinti qrafikinə uyğun olaraq beton işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

    Bununla paralel olaraq, ötürücü şəbəkənin tam modernləşdirilməsi istiqamətində genişmiqyaslı yenilənmə işləri həyata keçirilir. Ötən əsrin 50-ci illərində inşa edilmiş və istismar üçün yararsız vəziyyətə düşmüş hava elektrik xətlərinin mərhələli şəkildə yenidən qurulması davam edir. İlk mərhələdə ümumi uzunluğu 69 km olan ikidövrəli 110 kV-luq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” xətlərinin yeni infrastrukturu tikilir. Culfa və Ordubad istiqamətlərində köhnə dayaqlar müasir anker və aralıq dayaqları ilə əvəzlənir, basdırılmış dayaqlar üzərində hava elektrik verilişi xətlərinin çəkilişi və izolyasiya-mühafizə sistemlərinin quraşdırılması intensiv şəkildə aparılır.

    Bu layihələr təkcə enerji infrastrukturunun yenilənməsi ilə məhdudlaşmır, həm də regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Tikinti meydançalarında 200-ə yaxın yerli sakin işlə təmin olunub, yüzlərlə mühəndis, texniki işçi, nəzarət və logistika mütəxəssisi prosesə cəlb edilib. Bu isə həm müvəqqəti, həm də daimi iş yerlərinin açılması ilə Naxçıvan əhalisinin məşğulluq imkanlarını genişləndirib.

    Enerji təhlükəsizliyinin yüksəldilməsi istiqamətində daha böyük layihələr də nəzərdə tutulur. “Azərenerji” ASC yaxın illərdə Naxçıvanda 400/330/110/35/10 kV-luq “Çevirici” yarımstansiyanın tikintisini planlaşdırır. Bu yarımstansiya vasitəsilə Naxçıvandan Türkiyəyə ikidövrəli 400 kV-luq elektrik verilişi xəttinin çəkilməsi, Azərbaycan–Türkiyə–Avropa enerji qovşağının yaradılması və Cəbrayıl–Naxçıvan–Ağrı xətti üzərindən Avropa enerji bazarlarına birbaşa çıxış imkanlarının formalaşdırılması nəzərdə tutulur. Həmçinin Ordubad rayonundan Türkiyə sərhədinə qədər 100 km hissədə 330 kV-luq “Cəbrayıl–Naxçıvan” və 67 km hissədə 400 kV-luq “Naxçıvan–Türkiyə” xətlərinin trassasının topoqrafik plana alınması üçün mühəndis geoloji və geodeziya işləri həyata keçirilib.

    Bununla yanaşı, 110 kV-luq “Naxçıvan-1”,“Naxçıvan-2”, “Naxçıvan-3”,“Sementzavod-2” hava xətlərinin yaşayış məntəqələrindən keçən 5,2 km-lik hissəsi yeraltı kabel xətləri ilə əvəzlənəcək ki, bu da təhlükəsizliyi artırmaqla yanaşı, şəhər mühitində infrastrukturun daha səliqəli və dayanıqlı olmasına imkan verəcək.

    Muxtar Respublikanın “Yaşıl enerji” zonası elan olunması Naxçıvanda aparılan enerji layihələrinə yeni strateji məzmun qazandırır. Bərpa olunan enerji mənbələrindən səmərəli istifadə regionun enerji balansında mühüm rol oynayır. Hazırda “Azərenerji” ASC-nin tərkibində fəaliyyət göstərən “Naxçıvan Enerji” MMC-nin istismar sahəsində beş su elektrik stansiyası, üç günəş elektrik stansiyası, bir külək elektrik stansiyası və bir hibrid – Külək–Günəş Elektrik Stansiyası mövcuddur. Bu infrastrukturun fəaliyyəti nəticəsində muxtar respublikada istehsal olunan elektrik enerjisinin təxminən 50 faizi “yaşıl enerji”nin payına düşür.

    “Azərenerji” tərəfindən Naxçıvanda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihələri təkcə mövcud enerji infrastrukturunu gücləndirmir, həm də muxtar respublikanın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirir. Bütün bunlar Prezident İlham Əliyevin müvafiq Fərmanının icrasının real nəticələrinin artıq aydın şəkildə hiss olunduğunu və Naxçıvanın enerji sektorunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.

    #Prezident İlham Əliyev #Naxçıvan #Yaşıl Enerji #Naxçıvan Enerji #Naxçıvan Dövlət Energetika Xidməti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    17 İyul 2026 12:03

    Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    17 İyul 2026 11:59

    Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    17 İyul 2026 11:58

    Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    17 İyul 2026 11:32

    Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib

    16 İyul 2026 18:33

    Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

    16 İyul 2026 12:12

    Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

    16 İyul 2026 11:17

    Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb

    16 İyul 2026 10:58

    Prezident İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb

    15 İyul 2026 10:49

    Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

    14 İyul 2026 20:49

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub

    14 İyul 2026 20:46

    Prezident İlham Əliyev və Peter Pelleqrini bir-birinə xatirə hədiyyələri təqdim ediblər

    14 İyul 2026 16:25
    XƏBƏR LENTİ

    BƏƏ Əlcəzairdəki uşaq evində baş verən yanğınla bağlı başsağlığı verib

    Ceyhun Bayramov rusiyalı həmkarı ilə görüşüb

    Yeni hücum olarsa, bölgədəki infrastruktur hədəfə alınacaq - Tehran

    Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Anar Quliyev BMT-də çıxış etdi

    Böyük dövlətlər müttəfiqlərinə zəiflədilmiş silah satır? Rusiya və Çin nümunəsi ilə hərbi ixrac strategiyasına baxış

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.