#Yaşıl Enerji

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin "PauerÇayna Risorsis" şirkətinin prezidenti Yanq Tyanfu ilə görüş keçirib. Görüşdə Azərbaycanın investisiya mühiti və enerji ixracı imkanları təqdim olunub. Tərəflər yaşıl enerji sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər. Günəş və külək elektrik stansiyalarının tikintisi üzrə layihələrə xüsusi diqqət yetirilib. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində yeni imkanlar da nəzərdən keçirilib. Enerji, mineral ehtiyatlar və su resurslarının səmərəli idarə olunması sahəsində əməkdaşlıq perspektivləri qiymətləndirilib. Görüşdə gələcək birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Fridrix Merts Berlində mətbuata açıqlama veriblər. Liderlər Azərbaycan-Almaniya əlaqələrinin yeni mərhələyə keçdiyini bildiriblər. Görüşlərdə enerji, iqtisadiyyat, nəqliyyat, yaşıl enerji və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Almaniya Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini ifadə edib. İlham Əliyev Azərbaycanın Almaniyaya qaz ixrac etdiyini və gələcəkdə yaşıl enerji əməkdaşlığını genişləndirmək istədiyini bildirib. Tərəflər strateji tərəfdaşlığı gücləndirmək üçün yeni mexanizmlər barədə razılığa gəliblər.

Səudiyyə Ərəbistanı “Baxış 2030” strategiyası çərçivəsində enerji sektorunda böyük dəyişikliklər həyata keçirir. Krallıq neftdən tam imtina etmədən təmiz enerji sahəsinə milyardlarla dollar sərmayə yatırır. Günəş və külək enerjisi, yaşıl hidrogen və karbon texnologiyaları yeni enerji modelinin əsasını təşkil edir. Ölkə daxili enerji istehlakında neft asılılığını azaltmaq və yeni ixrac imkanları yaratmaq istəyir. Rəqəmsal texnologiyalar enerji sisteminin səmərəliliyini artırmaq üçün tətbiq olunur. Səudiyyə Ərəbistanı gələcəyin qlobal yaşıl enerji mərkəzlərindən birinə çevrilməyi hədəfləyir.

Azərbaycanın iştirakı ilə formalaşan yeni enerji marşrutu Avropaya “yaşıl enerji” ixracını sürətləndirir. Layihənin əsasını təşkil edən “Yaşıl dəhliz” təşəbbüsü ilk olaraq 2024-cü ilin may ayında imzalanmış memorandumla başlayıb, daha sonra isə 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 çərçivəsində dövlət başçıları səviyyəsində strateji tərəfdaşlıq sazişi ilə möhkəmləndirilib. Bu sənəd enerji istehsalı ilə yanaşı, onun ötürülməsi istiqamətində də yeni mərhələnin əsasını qoyub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin “Yaşıl Enerji Zonası” kimi inkişafına dair siyasətinə uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji potensialından istifadənin genişləndirilməsi ilə yanaşı, enerji səmərəliliyini təmin edən müasir texnologiyaların tətbiqi də ardıcıl şəkildə həyata keçirilir.

Bir il əvvəl – 2024-cü il 23 noyabr tarixində Prezident İlham Əliyevin 235 nömrəli Fərmanına əsasən, Naxçıvan Dövlət Energetika Xidmətinin enerjinin istehsalı və ötürülməsi funksiyaları “Azərenerji” ASC-yə həvalə edilib. Fərmanın icrası məqsədilə ötən bir il ərzində Naxçıvan Muxtar Respublikasında enerji sisteminin yenilənməsi və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib.