Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Türkiyə əmək bazarında diqqət çəkən mənzərə - İşsizlik faizi necə dəyişib? (ÖZƏL)

    19 May 2026 11:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə əmək bazarında diqqət çəkən mənzərə - İşsizlik faizi necə dəyişib? (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Türkiyədə 2026-cı ilin birinci rübünə dair əmək bazarı göstəriciləri açıqlanıb. Mövsüm təsirləri nəzərə alınmadan hesablanan göstəricilərə əsasən işsizlik səviyyəsində azalma qeydə alınsa da, qeyri-fəal əmək ehtiyatı göstəricisinin artması diqqət çəkib. Xidmət sektoru məşğulluqda ən böyük paya sahib olaraq qalarkən, ümumi məşğulluq və işçi qüvvəsində azalma müşahidə olunub.

    VOA xəbər verir ki, Türkiyə Statistika Qurumunun açıqladığı “Əmək Bazarı Statistikası – 2026-cı ilin birinci rübü” hesabatına əsasən, 15 və daha yuxarı yaş qrupunda işsizlərin sayı əvvəlki rüblə müqayisədə 52 min nəfər azalaraq 2 milyon 894 min nəfər olub. Bununla da mövsüm təsirləri nəzərə alınmadan hesablanan göstəricilərə görə işsizlik səviyyəsi 0,1 faiz bəndi azalaraq 8,2 faiz təşkil edib.

    Məlumatlara görə, kişilər arasında işsizlik səviyyəsi 6,8 faiz, qadınlar arasında isə 11,1 faiz olub. Beləliklə, qadın işsizliyinin kişilərlə müqayisədə yüksək qalması davam edib.

    Məşğul əhalinin sayı azalıb

    2026-cı ilin ilk rübündə məşğul əhalinin sayı əvvəlki rüblə müqayisədə 301 min nəfər azalaraq 32 milyon 221 min nəfərə enib. Məşğulluq səviyyəsi isə 0,5 faiz bəndi azalaraq 48,3 faiz olub.

    Cins bölgüsünə əsasən kişilər arasında məşğulluq səviyyəsi 65,7 faiz təşkil etdiyi halda, qadınlarda bu göstərici 31,3 faiz səviyyəsində qalıb.

    İşçi qüvvəsində iştirak göstəricisində də azalma qeydə alınıb. İşçi qüvvəsinin ümumi sayı əvvəlki rüblə müqayisədə 353 min nəfər azalaraq 35 milyon 116 min nəfər təşkil edib. İşçi qüvvəsində iştirak səviyyəsi isə 0,7 faiz bəndi azalaraq 52,6 faizə düşüb.

    Kişilər arasında əmək bazarında iştirak səviyyəsi 70,5 faiz, qadınlarda isə 35,2 faiz olub.

    Gənclər arasında işsizlik dəyişməyib

    15–24 yaş aralığını əhatə edən gənclər arasında işsizlik səviyyəsi əvvəlki rüblə müqayisədə dəyişməyərək 15,2 faiz səviyyəsində qalıb.

    Bu yaş qrupunda kişilər arasında işsizlik 12,6 faiz, qadınlar arasında isə 20,4 faiz təşkil edib. Beləliklə, gənc qadın işsizliyinin yüksək səviyyədə qalması davam edib.

    Xidmət sektoru ilk yerdədir

    Mövsüm təsirləri nəzərə alınmadan hesablanan göstəricilərə, görə məşğul əhalinin 59,3 faizi xidmət sektorunda çalışır. Kənd təsərrüfatı sektorunun məşğulluqdakı payı 13,8 faiz, sənaye sektorunun payı 20,2 faiz, tikinti sektorunun payı isə 6,7 faiz olub.

    Rüblük müqayisədə kənd təsərrüfatında çalışanların sayı 44 min nəfər, sənayedə 20 min nəfər, tikintidə 48 min nəfər, xidmət sektorunda isə 189 min nəfər azalıb.

    Həftəlik iş saatı azalıb

    Mövsüm təsirləri nəzərə alınmadan hesablanan göstəricilərə görə orta həftəlik faktiki iş vaxtı da azalma göstərib. Hesabat dövründə çalışan şəxslərin həftəlik orta iş müddəti 0,3 saat azalaraq 42,2 saat təşkil edib.

    Qeyri-fəal əmək ehtiyatı göstəricisi 30,4 faizə yüksəlib

    Əmək bazarında ən diqqətçəkən göstəricilərdən biri qeyri-fəal əmək ehtiyatının artması olub.

    Vaxtla bağlı natamam məşğulluq, potensial işçi qüvvəsi və işsizlərin cəmini əhatə edən qeyri-fəal əmək ehtiyatı göstəricisi 2026-cı ilin birinci rübündə əvvəlki rüblə müqayisədə 0,6 faiz bəndi artaraq 30,4 faizə çatıb.

    Vaxtla bağlı natamam məşğulluq və işsizlərin birgə göstəricisi 19,8 faiz, potensial işçi qüvvəsi ilə işsizlərin ümumi göstəricisi isə 20,4 faiz olaraq hesablanıb.

    İqtisadçılar hesab edirlər ki, işsizlik səviyyəsindəki məhdud azalmaya baxmayaraq, qeyri-fəal əmək ehtiyatı göstəricisinin yüksəlməsi əmək bazarında struktur problemlərinin davam etdiyini göstərir.

    Türkiyə Statistika Qurumu əmək bazarı statistikaları üzrə növbəti hesabatın 2026-cı il avqustun 19-da açıqlanacağını bildirib.

    #Türkiyə iqtisadiyyatı #Türkiyədə məşğulluq göstəriciləri #Türkiyədə işsizlik #Türkiyədə əmək bazarı statistikası #Türkiyədə işsizlik səviyyəsi #Türkiyə Statistika Qurumu #Türkiyədə xidmət sektoru #Türkiyədə sənaye sektoru məşğulluğu #Türkiyədə iqtisadi göstəricilər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    "Terrorsuz Türkiyə" prosesi Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

    22 İyul 2026 09:00

    Türkiyənin ABŞ-yə dəri məhsulları ixracı xeyli artıb (ÖZƏL)

    15 İyul 2026 15:30

    Türkiyənin Azərbaycana sement ixracı iyunda 22 faiz artıb (ÖZƏL)

    12 İyul 2026 11:45

    Türkiyədə may ayı üzrə inflyasiya nə qədər olub?

    5 İyun 2026 11:22

    Qlobal İslam İqtisadiyyatı İndeksində lider ölkələr hansılardır?

    5 İyun 2026 06:00

    Aprel ayında Türkiyədə neçə nəfər işsiz qaldı? - son statistika açıqlandı

    4 İyun 2026 11:24

    Türkiyə regional investisiya mərkəzi mövqeyini gücləndirir - Əhməd Burak

    11 May 2026 17:10

    Yeni dünya, yeni iqtisadiyyatlar - Şimşek Türkiyə iqtisadiyyatı ilə bağlı açıqlamalar verib

    22 Aprel 2026 15:15

    “Yüksələn Türkiyə Zirvələri” tədbiri - Zirvədə nələr müzakirə olunur?

    22 Aprel 2026 11:38

    Dövlətlərdən daha zəngin olan "BlackRock" dünyanı və iqtisadiyyatları necə idarə edir?

    5 Aprel 2026 11:17

    Türkiyədə yanvar ayında işsizlik artıb: Rəsmi göstərici 8,1 faizə yüksəldi

    27 Fevral 2026 11:41

    Türkiyədə işsizlərin sayı azalıb

    18 Fevral 2026 11:53
    XƏBƏR LENTİ

    İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

    Ərəb coğrafiyasında tarixin izləri -25 avqustun 20 mühüm hadisəsi

    NATO hərbçilərinin Ukraynada yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir - Peskov

    Flora Kərimova və ərəb vokal məktəbi - müqayisəli təhlil və tarixi reallıqlar

    İran ABŞ-nin iqtisadi təzyiqlərinə cavab verəcəyini açıqlayıb

    İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

    Suriya ilə münasibətlərdə təcrid dövrü başa çatdı - ABŞ Səfirliyindən bəyanat

    Ciddə İslam Limanında 434 milyon dollarlıq nəhəng layihə - Yeni dördüncü terminal qurulur

    Suriyadan İsrailə Colan mesajı: PUA-larla xəritə yaradıldı

    Sertifikat mediator üçün nə deməkdir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.