#Türkiyədə məşğulluq göstəriciləri

Türkiyədə 2026-cı ilin birinci rübünə dair əmək bazarı göstəriciləri açıqlanıb. Mövsüm təsirləri nəzərə alınmadan hesablanan göstəricilərə əsasən işsizlik səviyyəsində azalma qeydə alınsa da, qeyri-fəal əmək ehtiyatı göstəricisinin artması diqqət çəkib. Xidmət sektoru məşğulluqda ən böyük paya sahib olaraq qalarkən, ümumi məşğulluq və işçi qüvvəsində azalma müşahidə olunub.

Türkiyə Statistika Komitəsinin (TÜİK) açıqladığı 2026-cı ilin yanvar ayına dair işçi qüvvəsi hesabatına əsasən, ölkədə işsizlik səviyyəsi ötən ayla müqayisədə 0,3 faiz artaraq 8,1 faiz təşkil edib. Bu dövrdə 15 və daha yuxarı yaşdakı şəxslər arasında işsizlərin sayı 73 min nəfər artaraq ümumilikdə 2 milyon 819 min nəfərə çatıb. Gender bölgüsünə gəldikdə isə işsizlik dərəcəsi kişilərdə 6,6 faiz, qadınlarda isə 11,0 faiz olaraq qiymətləndirilib.

2025-ci ilin son rübündə Türkiyədə işsizlik səviyyəsi azalma nümayiş etdirib. Türkiyə Statistika Qurumunun açıqladığı 2025-ci ilin oktyabr-dekabr aylarını əhatə edən məlumatlara əsasən, işsizlik səviyyəsi əvvəlki rüblə müqayisədə 0,2 faiz azalaraq 8,2 faiz təşkil edib. Beləliklə, işsizlik göstəricisi ardıcıl olaraq 12 rübdür birrəqəmli səviyyədə qalıb. Məlumata görə, 15 və yuxarı yaşda olan əhali arasında mövsümi təsirlərdən təmizlənmiş işsizlərin sayı 58 min nəfər azalaraq 2 milyon 913 min nəfərə enib. İşsizlik səviyyəsi illik müqayisədə də 0,3 faiz bəndi azalıb.

Türkiyə iqtisadiyyatı 1,5 trilyon dolları keçərək tarixi rekord qırıb. bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Girişimci İş İnsanları Konfederasiyasının (TÜGİK) 7-ci Növbədənkənar Baş Assambleyasında çıxış edərək bildirib. Ölkənin son dörddəbir əsrdə qət etdiyi iqtisadi sıçrayışdan danışıb. Dövlət başçısı Türkiyə iqtisadiyyatının 1 trilyon 538 milyard dollar səviyyəsinə yüksələrək yeni bir rekorda imza atdığını diqqətə çatdırıb. O qeyd edib ki, Türkiyə 2025-ci ilin üçüncü rübündə 3,7 faiz artım nümayiş etdirərək İƏİT (OECD) ölkələri arasında ən sürətlə böyüyən üçüncü iqtisadiyyat olmağı bacarıb.

Türkiyədə oktyabr ayında işsizlik əvvəlki aya nisbətən 0,1 faiz bəndi azalaraq 8,5 faiz səviyyəsində qeydə alınıb. Bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) məlumat yayıb. Məlumata görə, 15 yaş və yuxarı şəxslər arasında işsizlərin sayı bir əvvəlki aya nisbətən 27 min nəfər azalaraq 3 milyon 33 min nəfərə çatıb. İşsizlik səviyyəsi kişi işçilər arasında 7 faiz, qadınlarda isə 11,3 faiz təşkil edib.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz əmək bazarına dair son göstəricilərlə bağlı paylaşım edərək, insan yönümlü və əhatəli inkişaf siyasətləri çərçivəsində sosial rifahın artırılacağını və işsizliyin azaldılacağını bildirib.