Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Azərbaycan nümayəndə heyəti “AgriteQ 2026” və III Məkkə Halal Forumunda iştirak edib

    19 Fevral 2026 12:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan nümayəndə heyəti “AgriteQ 2026” və III Məkkə Halal Forumunda iştirak edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI. AzerVoice

    2026-cı ilin 11-14 fevral tarixində Doha şəhərində keçirilmiş “AgriteQ 2026” Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində, həmçinin İslam Ticarət və İnkişaf Palatasının təşkilatçılığı ilə 14-17 fevral tarixində Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində keçirilmiş 3-cü Məkkə Halal Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətində və Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.

    AzerVoice xəbər verir ki, Nümayəndə heyəti Doha şəhərində keçirilmiş “AgriteQ 2026” Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin açılış mərasimində, həmçinin sərgi çərçivəsində təşkil olunan istixana texnologiyaları, biotexnologiya, hidroponika, ağıllı suvarma sistemləri, bitki mühafizəsi, aqrar texnologiyalar və innovativ həllər üzrə təqdimat və panel müzakirələrdə iştirak edib.

    Səfər çərçivəsində nümayəndə heyəti ilə Qətər Bələdiyyə Nazirliyinin Qida Təhlükəsizliyi Departamentinin direktor müavini cənab Həməd Hadi Əl-Həcri arasında görüş keçirilib. Görüş zamanı aqrar sahədə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi və çevik formada əməli fəaliyyətlərin icrası məqsədilə Birgə İşçi Qrupunun təsis edilməsi, ticarət dövriyyəsinin artırılması üçün kənd təsərrüfatı və emalı sahəsində fəaliyyət göstərən biznes subyektləri arasında əlaqələrin təşviq edilməsi üçün hər iki ölkənin ərazisində təşkil olunan beynəlxalq sərgi və yarmarkalarda iştirakın mütəmadi təmin edilməsi, Qətərə meyvə-tərəvəz ixracı, habelə ixrac potensiallı kənd təsərrüfatı məhsullarına dair məlumat mübadiləsinin təmin edilməsi barədə müzakirələr aparılıb.

    Bundan əlavə, Qətərin ən böyük idxalatçı şirkətləri olan “Haidari Trading Company” və “Al Shahabi Trading Company” şirkətlərinin rəhbərləri və nümayəndələri ilə keçirilmiş görüş zamanı kənd təsərrüfatı məhsullarının ixracı və ticarət dövriyyəsi ilə bağlı mövcud şərtlər müzakirə olunub.

    Daha sonra, nümayəndə heyəti 14-17 fevral tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində keçirilmiş 3-cü Məkkə Halal Forumunda iştirak edib. Forum çərçivəsində təşkil olunmuş sərgidə ölkəmizin aqrar şirkətləri kənd təsərrüfatı məhsullarını nümayiş etdirib.

    Tədbirdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri də iştirak edib.

    Nümayəndə heyəti Halal məhsullar sahəsində İslam ölkələri ilə əməkdaşlığın genişləndirilməsində Forumun rolunun vacibliyini vurğulayaraq, bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüsləri irəli aparmaq üçün ideal platforma olduğunu qeyd edib.

    Həmçinin, Forum çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Məkkə Ticarət Palatası ilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Məkkə və Səudiyyə Ərəbistanı bazarına çıxarılması imkanlarını müzakirə edib.

    Hər iki səfər zamanı qarşılıqlı olaraq beynəlxalq sərgilərdə iştirak, ticarət dövriyyəsinin artırılması, aqrar sahədə institusional əməkdaşlığın və texnoloji tərəfdaşlığın gücləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı razılıq əldə olunub.

    Azərbaycan nümayəndə heyəti “AgriteQ 2026” və III Məkkə Halal Forumunda iştirak edib
    Azərbaycan nümayəndə heyəti “AgriteQ 2026” və III Məkkə Halal Forumunda iştirak edib
    Azərbaycan nümayəndə heyəti “AgriteQ 2026” və III Məkkə Halal Forumunda iştirak edib
    Azərbaycan nümayəndə heyəti “AgriteQ 2026” və III Məkkə Halal Forumunda iştirak edib
    #Kənd Təsərrüfatı Nazirliyi #Səudiyyə Ərəbistanı Krallığı #AgriteQ 2026 #İslam Ticarət və İnkişaf Palatası #Qətər Bələdiyyə Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə-Səudiyyə Ticarət Palataları Forumu yaradıla bilər

    30 İyun 2026 09:29

    Hörmüz boğazından Livana qədər: Vaşinqton-Tehran memorandumunun iqtisadi və hərbi fəsadları

    22 İyun 2026 00:10

    Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib

    21 May 2026 19:13

    Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

    1 May 2026 20:58

    Məcnun Məmmədov Naxçıvanda fermerlərlə görüşüb

    3 Aprel 2026 09:59

    Məcnun Məmmədov Macarıstan səfiri və TDT rəsmiləri ilə aqrar əməkdaşlığı müzakirə edib

    31 Mart 2026 14:58

    Azərbaycan və İtaliya arasında aqrar sahədə əlaqələr müzakirə olunub

    24 Mart 2026 16:50

    Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri AQTA rəhbərliyi ilə görüşüb

    13 Mart 2026 11:10

    Azad olunmuş ərazilərdə “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq

    12 Mart 2026 14:05

    Milli Məclisdə aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

    11 Mart 2026 21:40

    Fərid Nəcəfov Masallıda vətəndaşları qəbul edib

    25 Fevral 2026 16:04

    Məcnun Məmmədov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

    25 Fevral 2026 14:51
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.