Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib

    21 May 2026 19:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri ilə görüş keçirilib. Konfederasiyasının təşəbbüsü ilə baş tutan görüşdə hər iki qurumun müvafiq bölmələrinin rəhbər şəxsləri, aqrar və qida sənayesi sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

    VOA xəbər verir ki, nazir Məcnun Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, aqrar sektora dövlət dəstəyi, kənd təsərrüfatı sahəsində aparılan islahatlar, aqrar xidmətlərin elektronlaşdırılması barədə tədbir iştirakçılarına məlumat verib. Nazir qeyd edib ki, Azərbaycanda aqrar sahənin davamlı inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatında rəqabət qabiliyyətinin artırılması baxımından dövlət-özəl tərəfdaşlığı mühüm əhəmiyyət daşıyır. Aqrar sektorda dövlət dəstəyi ilə özəl sektorun investisiya, innovasiya və idarəetmə imkanlarının birləşdirilməsi kənd təsərrüfatında yeni inkişaf mərhələsinin formalaşmasına şərait yaradır.

    Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev aqrar sahənin ölkə iqtisadiyyatında önəmli sahələrdən biri olduğunu vurğulayıb. O bildirib ki, aqrar sektorun davamlı inkişafı regionların iqtisadi potensialının güclənməsinə, məşğulluğun təmin olunmasına, əhalinin gəlirlərinin artmasına və ölkənin ümumi sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Görüşdə Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Rəşad Hüseynov tərəfindən “Kənd təsərrüfatı: mövcud vəziyyət və gələcəyə baxış” mövzusunda təqdimat edib. ATM direktoru təqdimatda kənd təsərrüfatının əsas makro-iqtisadi göstəriciləri, aqrar sektorda əsas çağırışlar, kənd təsərrüfatının transformasiyası və investisiya bölgüsü, bu sahənin prioritet inkişaf istiqamətlərinə toxunub.

    “Aqrar Süni İntellekt” (ASİ) layihəsinin rəhbəri Surxay Novruzov layihə barədə məlumat verib. O vurğulayıb ki, 2024–2026-cı illəri əhatə edən layihə aqrar sahədə data əsaslı idarəetmə və innovativ rəqəmsal həllərin tətbiqinin genişləndirilməsini nəzərdə tutur. ASİ layihəsi fermerlərin rifahının yaxşılaşdırılması, kənd təsərrüfatında məhsuldarlığın artırılması və resurslardan daha səmərəli istifadənin təmin edilməsini hədəfləyir.

    Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Ziya Hacılı qurum tərəfindən aqrar sahədə aparılmış monitorinqlər nəticəsi ilə bağlı təqdimatla çıxış edib, sahibkarlar tərəfindən irəli sürülən təklifləri diqqətə çatdırıb.

    Görüşdə çıxış edən sahibkarlar əsasən kənd təsərrüfatında subsidiya və güzəşt mexanizmləri, aqrar sığorta mexanizminin tətbiqi, müasir texnologiyaların tətbiqi, ağıllı suvarma sistemləri, logistika və saxlama infrastrukturunun qurulması, kənd təsərrüfatının modernləşdirilməsi, emal sənayesinin inkişafı, qida zəncirinin qurulması, bazarlara çıxış imkanlarının genişləndirilməsi və ixrac potensialının artırılması, resurslardan səmərəli istifadə, məhsul itkilərinin azalması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr, iqtisadi səmərəliliyin artırılması, ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması, fermerlərin maarifləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə orqanik kənd təsərrüfatının inkişafı, bu sahədə kadr hazırlığı və digər məsələlərə toxunublar.

    Təqdimatlardan sonra sahibkarların irəli sürdüyü təkliflər müzakirə olunub, mövzu ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb. İştirakçılar dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi istiqamətində bu cür dialoqların genişləndirilməsinin vacib olduğunu vurğulayıblar.

    Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib
    Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib
    Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib
    Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib
    Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib
    Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib
    Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib
    Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib
    Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib
    Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib
    Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib
    Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib
    Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib
    #Kənd Təsərrüfatı Nazirliyi #Məcnun Məmmədov #ərzaq təhlükəsizliyi #aqrar sektor #dövlət-özəl əməkdaşlıq #Azərbaycan kənd təsərrüfatı #sahibkarlar konfrans #rəqəmsal idarəetmə #Məmməd Musayev #subsidiya və güzəştlər #Aqrar Süni İntellekt #logistika və saxlama infrastrukturu #əmək bazarı və məşğulluq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT baş katibi: İnkişaf etməkdə olan ölkələr “ən böyük enerji şoku” ilə üz-üzədir

    23 İyun 2026 19:27

    Yaxın Şərqdəki qeyri-sabitlik Afrikaya təsir edəcək

    22 İyun 2026 22:48

    Nazir Məcnun Məmmədov Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb

    18 İyun 2026 18:31

    İstanbulda Azərbaycan və Moldova kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib

    6 İyun 2026 19:30

    Myanmada gübrə qiymətləri rekord həddə yüksəldi

    29 May 2026 19:55

    Okeanların "Ağ ölümü" - Mərcan riflərinin ağarması nədir?

    17 May 2026 18:00

    “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib

    8 May 2026 18:50

    Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

    1 May 2026 20:58

    Ümumdünya Bankı, BMT və BVF-dən birgə həyəcan təbili - Yaxın Şərqdəki müharibə qlobal aclıq riskini artırır

    9 Aprel 2026 10:16

    Məcnun Məmmədov Naxçıvanda fermerlərlə görüşüb

    3 Aprel 2026 09:59

    Məcnun Məmmədov Macarıstan səfiri və TDT rəsmiləri ilə aqrar əməkdaşlığı müzakirə edib

    31 Mart 2026 14:58

    Azərbaycan və İtaliya arasında aqrar sahədə əlaqələr müzakirə olunub

    24 Mart 2026 16:50
    XƏBƏR LENTİ

    ABŞ ordusu İranda mülki obyektin vurulması iddiasını təkzib edib

    Hazırda ABŞ ilə danışıqların keçirilməsi planlaşdırılmır - İsmayıl Bəqai

    İsrail Ali Məhkəməsi ultraortodoks yəhudilərlə bağlı qanunun icrasını dayandırıb

    Tramp İranda körpülərin və enerji infrastrukturunun vurulmasını nəzərdən keçirir

    ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

    İrana qarşı hücumlara şərait yaradan ölkələr cavablarını alacaq - Tehran

    ABŞ İranın Çabahar şəhərində dəniz nəzarət qülləsini vurub

    Neft qiymətlərinin bahalaşması davam edəcəkmi?

    ABŞ-ın İrana qarşı müharibəsi silah ehtiyatlarını sürətlə azaldır

    “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.