Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə torpaqların konsolidasiyası və aqrar sahədə əməkdaşlıq əsas müzakirə mövzusu olub. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək pilot layihələr barədə fikir mübadiləsi aparılıb. Qəbələ və Salyan rayonlarında planlaşdırılan layihələrin gedişi və ilkin qiymətləndirmələrin nəticələri nəzərdən keçirilib. Tərəflər hüquqi, texniki və institusional məsələləri də müzakirə ediblər. Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqinin əhəmiyyəti vurğulanıb. Görüşdə gələcək əməkdaşlığın genişləndirilməsi barədə razılıq ifadə olunub.
#Kənd Təsərrüfatı Nazirliyi
Azərbaycanda torpaqların konsolidasiyası üzrə ilk pilot layihələr həyata keçiriləcək. Dünya Bankının dəstəyi ilə layihələr Qəbələ və Salyan rayonlarını əhatə edəcək. Bu məqsədlə Türkiyənin Dövlət Su İşləri İdarəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər zamanı layihələrin icra ediləcəyi ərazilərdə baxış keçirilib və suvarma infrastrukturu qiymətləndirilib. Aidiyyəti dövlət qurumlarının iştirakı ilə müzakirələr aparılıb. Türkiyə təcrübəsi əsasında ilkin yol xəritəsi hazırlanıb. Layihənin aqrar sahədə Azərbaycan–Türkiyə əməkdaşlığını daha da gücləndirəcəyi gözlənilir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Prezidentinin iqlim və su ehtiyatları üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriev arasında görüş keçirilib. Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud vəziyyət müzakirə olunub, tərəflər iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıblar.
Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının nümayəndələri arasında keçirilən görüşdə dövlət-özəl tərəfdaşlığının aqrar sahədə rolu müzakirə olunub. Nazir Məmmədov qeyri-neft sektorunun inkişafı və ərzaq təhlükəsizliyində kənd təsərrüfatının əhəmiyyətini, Musayev isə aqrar sahənin iqtisadi və sosial töhfəsini vurğulayıb. ATM direktoru və ASİ layihəsinin rəhbəri innovativ həllərin tətbiqi və rəqəmsal idarəetmənin fermer rifahı, məhsuldarlıq və resurslardan səmərəli istifadə baxımından əhəmiyyətini açıqlayıblar.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Təminatı şöbəsinə yeni rəhbər təyin olunub.
Səfər çərçivəsində nazir Məcnun Məmmədov əvvəlcə Əlincəçay-Bənəniyar su kanalına və Bənəniyar su anbarına baxış keçirib. Nazirə məlumat verilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Əlincəçaydan su götürən və Culfa rayonu ərazisində yerləşən Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması işləri davam etdirilir. Layihə çərçivəsində ümumilikdə 6 550 metr uzunluğunda kanalın yenilənməsi nəzərdə tutulur.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma, Türk Dövlətləri Təşkilatının (TDT) Budapeşt şəhərindəki Nümayəndəliyinin icraçı direktoru Balaj Hendrix və Quraqlığın Qarşısının Alınması İnstitutunun direktoru Laszlo Örloş ilə görüşüb.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC (ATT) ilə İtaliyanın əsas fermer təşkilatı olan "Coldiretti", eləcə də kənd təsərrüfatı və aqrar sənaye sahəsini özündə birləşdirən "Filiera Italia" Assosiasiyası ilə arasında əməkdaşlıq memorandumu imzalanıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi ilə görüşüb. Tərəflər kənd təsərrüfatı sahəsində mövcud durum və aqrar sahənin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb. İctimai Şura üzvləri arıçılıq, balıqçılıq, gülçülük, ixtisaslı kadr məsələləri və digər istiqamətlərdə mövcud olan çətinliklər barədə fikirlərini AQTA təmsilçiləri ilə bölüşüblər.
Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən 12 məntəqədə "Kənddən Şəhərə" Novruz yarmarkası təşkil olunacaq.
Kənd təsərrüfatında süni intellekt texnologiyalarının tətbiqinə dair məsələlər Milli Məclisdə keçirilən ictimai dinləmədə müzakirə olunub. Milli Məclisin Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə parlamentdə “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib. Tədbirdə Milli Məclisin üzvləri, Kənd Təsərrüfatı Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbər şəxsləri və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, subsidiya məsələləri, güzəştli şərtlərlə kredit verilməsi, aqrar sığorta, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub. Şöbə müdiri Fərid Nəcəfov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəziləri isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə daxil olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.