Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Milli Məclisdə aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

    11 Mart 2026 21:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Milli Məclisdə aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Kənd təsərrüfatında süni intellekt texnologiyalarının tətbiqinə dair məsələlər Milli Məclisdə keçirilən ictimai dinləmədə müzakirə olunub.

    VOA xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə parlamentdə “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib. Tədbirdə Milli Məclisin üzvləri, Kənd Təsərrüfatı Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbər şəxsləri və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

    Dinləmədə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, dünyada süni intellekt texnologiyalarının sürətli inkişafı dövlətlərin iqtisadi və texnoloji strategiyalarında yeni prioritetlər formalaşdırır. Onun sözlərinə görə, Azərbaycan da bu istiqamətdə aktiv mövqe tutur və aqrar sahədə rəqəmsal transformasiyanın ikinci mərhələsi həyata keçirilir.

    Nazir qeyd edib ki, 2020-ci ildən tətbiq edilən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fermerlərin dövlət xidmətlərinə çıxışını asanlaşdırmaqla yanaşı, dövlət dəstəyinin şəffaflığını və operativliyini artırıb. Bu transformasiyanın növbəti mərhələsi isə Aqrar Süni İntellekt layihəsidir.

    Bildirilib ki, layihə çərçivəsində aqrar sahədə qərarvermə prosesini dəstəkləmək üçün 30-dan artıq süni intellekt modulu müəyyən edilib. Bu modullar torpaq, iqlim, peyk məlumatları və sahə müşahidələrinə əsaslanaraq həm dövlət idarəetməsində, həm də fermer təsərrüfatlarında qərarların daha dəqiq qəbul edilməsinə imkan yaradır.

    Sistem vasitəsilə bitkilərin inkişafı, xəstəlik və zərərverici riskləri, torpaq xüsusiyyətləri, suvarma ehtiyacları və məhsuldarlıq proqnozları üzrə analitik məlumatlar formalaşdırılır. Bu məlumatlar vahid rəqəmsal platformada emal olunaraq mobil tətbiqlər və digər kommunikasiya kanalları vasitəsilə fermerlərə təqdim edilir.

    Təqdimatda qeyd olunub ki, aqrar sahədə süni intellektin tətbiqinə dair layihə ümumilikdə 33 istifadə ssenarisini əhatə edir. Onlardan 21-nin 2026-cı ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır, qalan ssenarilərin isə 2027-ci ilin birinci yarısına qədər mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.

    Layihə çərçivəsində bitki növlərinin xəritələşdirilməsi, bitki sağlamlığının monitorinqi, torpaq xəritələrinin hazırlanması, suvarma ehtiyacının müəyyən edilməsi, fermer reytinqi və məhsuldarlığın proqnozlaşdırılması kimi funksiyalar həyata keçiriləcək.

    İctimai dinləmə debat formatında davam etdirilib və layihə icraçıları iştirakçıların suallarını cavablandırıblar.

    #Milli Məclis #Kənd Təsərrüfatı Nazirliyi #Məcnun Məmmədov #Milli Məclisin Aqrar siyasət komitəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.

    31 İyul 2026 20:23

    Sahibə Qafarova Efiopiya Baş naziri ilə görüşüb

    29 İyul 2026 18:39

    Sahibə Qafarova Efiopiya Federasiya Palatasının sədri ilə görüşüb

    29 İyul 2026 15:40

    Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb

    27 İyul 2026 18:29

    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir

    27 İyul 2026 18:11

    Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə etiraz edib

    24 İyul 2026 17:07

    Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib

    24 İyul 2026 13:34

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37

    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb

    15 İyul 2026 18:50

    Sahibə Qafarova ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş keçirilib

    13 İyul 2026 22:06

    Sahibə Qafarova Bob Bləkmənlə parlamentlərarası əməkdaşlığı müzakirə edib

    13 İyul 2026 19:42

    Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

    13 İyul 2026 18:19
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

    Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    ABŞ-nin hücum və təzyiqlərinə qarşı müqaviməti davam etdirəcəyik - İran

    ABŞ-nin təzyiq və təhdid siyasəti diplomatiyanı poza bilər - Məsud Pezeşkian

    İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb

    Yaxın Şərqdə qeyri-müəyyənlik və neft bahalaşması inflyasiya narahatlığını artırır

    İsrailli məskunlaşanlar işğal altındakı İordan çayının qərb sahilində məscidi yandırmağa cəhd edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.