Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Çindən Türkiyə limanlarına 5 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    26 Noyabr 2025 13:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Çindən Türkiyə limanlarına 5 milyon tondan çox yük daşınıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    2025-ci ilin yanvar- oktyabr aylarında Çindən Türk limanlarına 5 milyon 39 min 919 ton yük daşınıb.

    Bu barədə AzerVoice - a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Çindən Türkiyə limanlarına yük daşınmayıb.

    “Bu ilin yanvar- oktyabr aylarında Çindən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 4 milyon 994 min 683 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

    Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Çindən Türkiyəyə Çin bayrağı ilə üzən gəmilərlə 45 min 236 ton yük çatdırılıb.

    2025-ci ilin yanvar- oktyabr aylarında Çindən Türkiyə limanlarına 1 milyon 336 min 697 ton tranzit yük daşınıb.

    Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Türkiyə limanları 34 milyon 749 min 652 ton yük qəbul edib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 650 min 473 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 99 min 179 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin oktyabr ayında Türkiyə limanlarından 5 milyon 858 min 774 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- oktyabr aylarında Türkiyə limanları 342 milyon 552 min 394 ton yük qəbul edib.

    "Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 24 milyon 352 min 828 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 318 milyon 226 min 566 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- oktyabr aylarında Türkiyə limanlarından 59 milyon 925 min 350 ton transit yük daşınıb.

    Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 578 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 972 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 606 olub.

    2025-ci ilin yanvar - oktyabr ayında Türkiyə limanları 53 min 209 gəmi qəbul edib.

    “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 18 min 749, Türkiyə bayrağı altında olan gəmilər isə 34 min 460 olub”, - deyə nazirlikdən bildirilib.

    #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Çin #Çindən yük daşıma #Türkiyə yük daşımaları #Beynəlxalq yük daşımaları #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #Türkiyə bayrağı altında gəmilər #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    21 İyul 2026 22:40

    Çinin keçmiş mətbuat rəhbəri barəsində korrupsiya araşdırması başlanıb

    15 İyul 2026 18:39

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 39 milyondan çox sərnişin (ÖZƏL)

    15 İyul 2026 10:05

    Çin Hörmüz boğazı ilə bağlı çağırış etdi

    14 İyul 2026 16:51

    Çin Hörmüz boğazında sərbəst və təhlükəsiz keçidə çağırış edib

    13 İyul 2026 17:41

    "Bavi" qasırğası Çinin Taycou şəhərinə çatıb, təxminən iki milyon nəfər təxliyə edilib

    11 İyul 2026 22:45

    Çin ABŞ və İranı atəşkəsə əməl etməyə çağırıb

    10 İyul 2026 21:02

    Hörmüzdəki fasilədən əsas faydalanan ölkə Çin olub

    9 İyul 2026 21:41

    Çin və Rusiya ticarət yolundakı körpü hücuma məruz qalıb - İran

    9 İyul 2026 20:49

    Səudiyyə Ərəbistanı xarici investisiya cəlbində 13-cü yerə yüksəlib

    7 İyul 2026 22:19

    Hörmüz boğazında Çin və dost ölkələr üçün xüsusi rejim tətbiq ediləcək - İran səfiri

    4 İyul 2026 21:23

    Almaniya Rusiya əsgərlərinin təlimi ilə bağlı xəbərlərdən sonra Çin səfirini çağırdı

    4 İyul 2026 15:24
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.