Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Qətər
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Körfəz Əməkdaşlıq Şurası
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir

    9 Sentyabr 2025 17:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    "AzRusTrans" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ləğv edilir.

    AzerVoice xəbər verir ki, bu barədə QSC özü elan edib.

    Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193 ünvanına bildirə bilərlər.

    Sözügedən QSC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 150 000 manat olan şirkətin qanuni təmsilçisi Heydərov Orxan Qasım oğludur.

    Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC və Rusiyanın taxıl yüklərinin dəmir yolu ilə daşımaları üzrə operatoru "Rusaqrotrans" QSC Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında yük dövriyyəsində dəmir yolu daşımalarının payını artırmaq məqsədilə "AzRusTrans" QSC müştərək müəssisəsini yaradıb. QSC Rusiya Federasiyasında və Azərbaycanda şəxsi qatar parkına sahibdir.

    "AzRusTrans" QSC müxtəlif yüklərin, o cümlədən taxıl və digər aqrar yüklərin, meşə materiallarının, mineral gübrələrin, inşaat, konteyner və maye yüklərinin daşınmasını təşkil edir. Şirkət Rusiya və Azərbaycan ərazisində limanlarda yükləmə - boşaltma da daxil olmaqla tranzit daşımalar sahəsində tam xidmət təqdim edir, çatdırma müddətlərini optimallaşdırır, vaqonların izlənməsini təşkil edir, məsləhət və gömrük xidmətləri göstərir, fitosanitar və baytar nəzarəti də daxil olmaqla lazımi sənədləri rəsmiləşdirir.

    #Azərbaycan #Rusiya #Azərbaycan Dəmir Yolları #AzRusTrans #Azərbaycan-Rusiya #yükdaşıma
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ukrayna Avropa İttifaqını “Rosatom”a qarşı sanksiya tətbiq etməyə çağırıb

    17 Avqust 2026 20:23

    Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi açıqlanıb

    17 Avqust 2026 15:54

    Mediatorların təlimi necə təşkil olunmalıdır?

    17 Avqust 2026 11:14

    Azərbaycanın Ermənistana mal ixracının dəyəri açıqlanıb

    17 Avqust 2026 10:48

    Azərbaycan təbii qaz ixracını artırıb

    17 Avqust 2026 10:35

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndərilib

    15 Avqust 2026 11:15

    Hörmüzdə gəmiçilik azadlığını ABŞ-ın təcavüzü məhv edib - Rusiya

    14 Avqust 2026 18:39

    Avropanın qaz ehtiyatları azalır – Rusiya ilə münasibətlər yenidən gündəmdə

    14 Avqust 2026 16:26

    Azərbaycandan Türkiyəyə altı ayda 1,3 milyard dollarlıq təbii qaz ixrac edilib

    14 Avqust 2026 11:14

    Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib

    14 Avqust 2026 10:19

    Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb

    13 Avqust 2026 16:23

    Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur

    13 Avqust 2026 16:05
    XƏBƏR LENTİ

    Bu gün Qorbaçova qarşı çevriliş cəhdi başladı

    Tarixdə bu gün –18 Avqust

    BMT İsrail məskunlarının mühasirəsində olan ailələrə yardım göstərib

    İsrailin Livanın cənubuna hücumlarında kəskin artım qeydə alınıb - BMT

    İran ABŞ-la zəruri hesab etdiyim razılaşmanı bağlamayacaq - Tramp

    Trampdan Omana şok təhdid - Mane olsanız, bombalayacağıq

    Oman sahildə qalan gəmidən yayılan neftin qarşısını almaq üçün tədbirləri gücləndirib

    İsrail prezidenti Qəzza planı ilə bağlı səyləri dəstəkləyib

    Hörmüz boğazından gəmi keçidləri kəskin azalıb

    Ukrayna Avropa İttifaqını “Rosatom”a qarşı sanksiya tətbiq etməyə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.