#Azərbaycan Dəmir Yolları

May ayının 28-də Prezident İlham Əliyevin tapşırığına əsasən, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərləri dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycan–Gürcüstan marşrutu üzrə hərəkət edən yük və sərnişin qatarlarında sərhəd və gömrük nəzarətinin təşkili, rəsmiləşdirmə proseslərinin həyata keçirilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması, habelə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik dəmiryolu stansiyalarına baxış keçiriblər.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə dəmir yolları ilə 20 099.88 ton taxıl göndərilib. İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə dəmir yolları ilə 20 099.88 ton taxıl göndərilib. ADY-dən əlavə edilib ki, indiyədək göndərilən taxıl yüklü vaqonların 5577.2 tonu ötən il, 14 942.38 tonu isə bu il Azərbaycandan Ermənistana yola salınıb

"AzRusTrans" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ləğv edilir. AzerVoice xəbər verir ki, bu barədə QSC özü elan edib. Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193 ünvanına bildirə bilərlər. Sözügedən QSC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 150 000 manat olan şirkətin qanuni təmsilçisi Heydərov Orxan Qasım oğludur.

İran qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Türkmənistan, Rusiya, Qazaxıstan, Özbəkistan və digər ölkələrlə yükdaşıma və tranzit sahəsində qarşılıqlı əlaqələri inkişaf etdirir. TurkicWorld-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran parlamentinin abadlıq komitəsinin üzvlərinin iştirakı ilə keçirilən iclasda deyib. Onun sözlərinə görə, İranda tranzit və yükdaşıma sahəsində layihələr və dəhlizlər əhəmiyyəti nəzərə alınaraq diqqət mərkəzində saxlanılır. Sadiq bildirib ki, bu istiqamətdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi çərçivəsində əməliyyatlar davam etdirilir. Hazırda dəmiryolu xəttinin keçdiyi ərazinin mülkiyyətinin satın alınması işləri yekunlaşdırılıb.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı–Ağdam qatarının fəaliyyəti 32 ildən sonra bərpa edilib. İlk qatar bu gün saat 07:10-da Bakı Dəmiryol Vağzalından yola düşüb. Qeyd edək ki, hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:00-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.