Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Misirdən Türk limanlarına 6 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    22 İyul 2024 11:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Misirdən Türk limanlarına 6 milyon tondan çox yük daşınıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    2024-cü ilin yanvar-iyun aylarında Misirdən Türk limanlarına 6 milyon 26 min 593 ton yük daşınıb.

    Bu barədə  AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Misirdən limanlara 993 min 373 ton yük daşıyıb.

    “Bu ilin yanvar-iyun aylarında Misirdən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 4 milyon 973 min 281 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

    Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Türkiyəyə Misir bayrağı ilə üzən gəmilərlə Misirdən 59 min 939 ton yük çatdırılıb.

    2024-cü ilin yanvar-iyun aylarında Türkiyə limanlarına Misirdən 344 min 545 ton tranzit yük daşınıb.

    Qeyd edək ki, 2024-cü ilin iyun ayında Türkiyə limanları 32 milyon 186 min 365 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 493 min 685 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 692 min 680 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Bununla yanaşı, 2024-cü ilin iyun ayında Türkiyə limanlarından 5 milyon 933 min 804 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 204 milyon 84 min 621 ton yük qəbul edib.

     “Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 14 milyon 876 min 762 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 189 milyon 207 min 859 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyə limanlarından 34 milyon 397 min 348 ton transit yük daşınıb.

    Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 543 gəmi qəbul edib.

    Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 517, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 26 olub.

    2024-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 29 min 315 gəmi qəbul edib.

    Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 19 min 790, Türkiyə bayrağı altında olan gəmilər isə 5 min 525 olub.

    #Misir #Türkiyə limanları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran artıq 99 faiz nüvə silahı düzəldə bilməyəcək - Donald Tramp

    17 İyun 2026 15:39

    Qətər baş naziri və Misir xarici işlər naziri ABŞ-İran vasitəçilik səylərini dəstəkləyir

    12 İyun 2026 22:18

    Makron: Misir, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ G7 sammitinə dəvət olunub

    10 İyun 2026 22:31

    Misir üç ölkə ilə tam həmrəylik nümayiş etdirdi

    10 İyun 2026 17:23

    Həmas Qəzza şəhərində İsrailin “dəhşətli qırğınını” pisləyib

    6 İyun 2026 20:16

    Misir İranın Küveyt və Bəhreynə hücumlarını pisləyib

    6 İyun 2026 18:31

    Həmas nümayəndə heyəti “atəşkəs” üçün Misirə gedib

    5 İyun 2026 22:50

    Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

    5 İyun 2026 19:43

    Misir sülhməramlıların qorunmasını tələb etdi

    5 İyun 2026 18:52

    Lavrov: Hər hansı razılaşma Tehranın maraqlarını nəzərə almalıdır

    5 İyun 2026 18:32

    Bu gün altıgünlük müharibə başladı

    5 İyun 2026 03:00

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    2 İyun 2026 22:48
    XƏBƏR LENTİ

    ABŞ və SSRİ niyə nüvə silahlarını məhdudlaşdıra bilmədi?

    Tarixdə bu gün - 18 İyun

    İran: Livandakı İsrail zərbələri razılaşmanın uğursuzluğuna səbəb ola bilər

    Aralıq razılaşmadan sonra danışıqlar mərhələsi başlayacaq

    UKMTO: Yəmən yaxınlığında dəniz insidenti baş verib

    İran: Aralıq razılaşma Tramp və Pezeşkiyan tərəfindən imzalana bilər

    Tramp: Rusiya və Çin İran müharibəsində “neytral” mövqe tutdu

    Tramp: İran razılaşmaya əməl etməsə “sərt zərbə” endiriləcək

    Tramp: Minab qızlar məktəbinə hücum “qəsdən edilməyib”

    Tramp: İran raketlərinin “84–85 faizi məhv edilib”

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.