Türkiyə 2025-cü ilin avqust ayında Misirə xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz azalaraq, 46 min 77 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Misirə xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz azalaraq, 1 milyon 183 min 90 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 azalaraq, 1 milyard 753 milyon 187 min dollara bərabər olub.
Biznes
2025-ci ilin yanvar- avqust ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 18 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 11 milyon 485 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 31 milyon 700 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanmış sazişlərin ümumi dəyəri açıqlanıb. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın xarici sərmayə üçün açıq və dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələr və uzunmüddətli əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi.
Sentyabrın 23-də Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (“AIIF 2025”) çərçivəsində “Daşkəsən Dəmir Filiz” (DDF) MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti arasında birgə müəssisə müqaviləsi imzalanıb. Sazişə əsasən, tərəflərin yaratdığı birgə müəssisə – “Azerbaijan Metal Company” MMC-nin idarə edilməsi və fəaliyyət istiqamətləri təsdiqlənib.
Türkiyə 2025-cü ilin avqust ayında Özbəkistana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz azalaraq, 5 milyon 954 min 61 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Özbəkistana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz azalaraq, 40 milyon 960 min 96 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 artaraq, 10 milyard 984 milyon 379 min dollara bərabər olub.
2025-ci ilin avqust ayında Türkiyənin Van Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 986 min 866 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 11 faiz azalaraq, 982 min 355 nəfər, beynəlxalq reyslər üzrə isə 24 faiz artaraq, 4 min 511 nəfər təşkil edib. 2025-ci ilin avqust ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz azalaraq 9 min 771 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz azalaraq, 9 min 677 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 1,1 dəfə artaraq, 94 ton təşkil edib.
Türkiyə 2025-cü ilin avqust ayında İraqa hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq, 41 milyon 726 min 8 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən İraqa hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz azalaraq, 343 milyon 48 min 81 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 azalaraq, 11 milyard 227 milyon 619 min dollara bərabər olub.
Türkiyədə 2025-ci ilin avqust ayında 215 min 130 ədəd nəqliyyat vasitəsi ilk dəfə dövlət qeydiyyatına alınıb. Türkiyə Statistika Qurumu (TÜİK) tərəfindən yayımlanan məlumatlara əsasən, bunların 44,1 faizini minik avtomobilləri, 43,9 faizini motosikletlər, 8 faizini yük maşınları (kamyonet), 1,5 faizini traktorlar, 1,4 faizini iri tonnajlı yük maşınları, 0,7 faizini mikroavtobuslar, 0,3 faizini avtobuslar və 0,1 faizinixüsusi təyinatlı nəqliyyat vasitələri təşkil edib.
2025-ci ilin yanvar- avqust aylarında ABŞ - dan Türk limanlarına 9 milyon 141 min 747 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər ABŞ - dan Türkiyə limanlarına 214 min 881 ton yük daşınıb. “Bu ilin yanvar- avqust aylarında ABŞ - dan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 8 milyon 926 min 866 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.
Türkiyə 2025-cü ilin avqust ayında Qazaxıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,7 faiz artaraq, 24 milyon 578 min 12 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq, 166 milyon 363 min 39 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 artaraq, 21 milyard 831 milyon 564 min dollara bərabər olub.
“Şəfəq” Günəş Elektrik Stansiyası azad olunmuş ərazilərdə qurulan 240 MVt-lıq günəş elektrik stansiyasıdır. Layihənin üstünlüyü ondan ibarətdir ki, burada virtual enerji ötürülmə mexanizmi tətbiq olunacaq. Yəni azad edilmiş ərazilərdə 240 MVt günəş enerjisi istehsal edib milli şəbəkəyə ötürəcəyik və eyni zamanda həmin miqdarda enerjini milli şəbəkədən alaraq Azərbaycandakı neft-qaz emalı üzrə ən iri obyektinin – Səngəçal terminalının elektrikləşdirilməsinə yönəldəcəyik.
2025-ci ilin avqust ayında Türkiyənin Diyarbakır Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 1 milyon 500 min 32 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 3 faiz artaraq, 1 milyon 361 min 38 nəfər, beynəlxalq reyslər üzrə isə 29 faiz artaraq, 138 min 994 nəfər təşkil edib. 2025-ci ilin avqust ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 14 min 421 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 11 min 899 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 15 faiz artaraq, 2 min 522 ton təşkil edib.