Biznes

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) Çin şirkəti "China Datang Overseas Investment Co." ilə birgə Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı"nın yaradılması üzrə Anlaşma Memorandumunu (MoU) imzalayıb.

Türkiyə 2025-cü ilin avqust ayında Özbəkistana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz artaraq, 12 milyon 880 min 2 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Özbəkistana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz azalaraq, 78 milyon 192 min 43 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 artaraq, 6 milyard 263 milyon 6 min dollara bərabər olub.

2025-ci ilin yanvar- avqust aylarında Çindən Türk limanlarına 3 milyon 916 min 780 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Çindən Türkiyə limanlarına yük daşınmayıb. “Bu ilin yanvar- avqust aylarında Çindən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 3 milyon 872 min 780 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Çindən Türkiyəyə Çin bayrağı ilə üzən gəmilərlə 44 min ton yük çatdırılıb.

18-19 sentyabr tarixlərində Türkmənistanın Avaza şəhərində Türkmənistan İnvestisiya Forumu keçirilib. Müxtəlif dövlətlərin, xarici qurumların nümayəndələrinin, iş adamlarının iştirakı ilə keçirilən forumda ölkələrin iqtisadi potensialının təqdimatı keçirilib, beynəlxalq tərəfdaşlıq və investisiya əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə olunub. Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov təmsil edib.

Türkiyə 2025-cü ilin avqust ayında Fransaya elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq, 65 milyon 190 min 74 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Fransaya elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artaraq, 537 milyon 708 min 65 dollara bərabər olub. Qeyd edək ki2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 artaraq, 11 milyard 379 milyon 976 min dollara bərabər olub.

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum – "AIIF 2025") keçirilir. Sentyabrın 22-23-də AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – "Ambrosetti"nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin "Euronews" və "Sea Breeze"in media və təşkilati dəstəyi ilə keçiriləcək forum dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorları bir araya gətirəcək

2025-ci ilin yanvar- avqust ayında Türkiyədə Azərbaycan kapitalı ilə 82 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 54 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 471 milyon 600 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 151 milyon 240 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - avqust ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (70) qeydiyyata alınıb.

2025-ci ilin yanvar- avqust aylarında Misirdən Türk limanlarına 6 milyon 756 min 93 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Misirdən Türkiyə limanlarına 407 min 41 ton yük daşıyıb. “Bu ilin yanvar- avqust aylarında Misirdən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 6 milyon 299 min 770 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Türkiyə 2025-cü ilin avqust ayında Türkmənistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə artaraq, 2 milyon 732 min 16 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Türkmənistana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 95,1 faiz artaraq, 17 milyon 517 min 74 dollara bərabər olub.

2025-ci ilin yanvar-avqust ayında Türkiyənin Gemlik limanı 2 min 312 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Gemlik limanı Türkiyə bayrağı altında üzən 643, digər ölkələrin bayraqları altında üzən min 669 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin avqust ayında Türkiyə limanları 32 milyon 615 min 444 ton yük qəbul edib.

2025-ci ilin yanvar- avqust aylarında Fransadan Türk limanlarına 2 milyon 368 min 446 ton yük daşınıb.Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Fransadan Türkiyə limanlarına 624 min 613 ton yük daşıyıb. “Bu ilin yanvar- avqust aylarında Fransadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 1 milyon 743 min 833 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Türkiyə 2025-cü ilin avqust ayında Qırğızıstana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 49,2 faiz azalaraq, 1 milyon 605 min 70 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qırğızıstana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 44,5 faiz artaraq, 11 milyon 585 min 82 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 azalaraq, 986 milyon 646 min dollara bərabər olub.