Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Avqustda Türkiyədə 215 minədək nəqliyyat vasitəsi qeydiyyata alınıb

    23 Sentyabr 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Avqustda Türkiyədə 215 minədək nəqliyyat vasitəsi qeydiyyata alınıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyədə 2025-ci ilin avqust ayında 215 min 130 ədəd nəqliyyat vasitəsi ilk dəfə dövlət qeydiyyatına alınıb. Türkiyə Statistika Qurumu (TÜİK) tərəfindən yayımlanan məlumatlara əsasən, bunların 44,1 faizini minik avtomobilləri, 43,9 faizini motosikletlər, 8 faizini yük maşınları (kamyonet), 1,5 faizini traktorlar, 1,4 faizini iri tonnajlı yük maşınları, 0,7 faizini mikroavtobuslar, 0,3 faizini avtobuslar və 0,1 faizinixüsusi təyinatlı nəqliyyat vasitələri təşkil edib.

    AzerVoice xəbər verir ki, ötən ayla müqayisədə avqust ayında qeydiyyata alınan nəqliyyat vasitələrinin sayı 16,4 faiz azalıb. Ən böyük azalma xüsusi təyinatlı nəqliyyat vasitələrində 64,2 faiz və yüngül yük maşınlarında 38,4 faiz müşahidə olunub. Ən böyük artım isə avtobuslarda 18,5 faiz və mikroavtobuslarda 13,4 faiz qeydə alınıb.

    2024-cü ilin avqust ayı ilə müqayisədə bu ilin avqust ayında avtomobil qeydiyyatlarında43,5 faiz artım olub. Bunun əksinə olaraq, traktor, xüsusi təyinatlı vasitələr, avtobus, motosiklet, yük maşını və mikroavtobuslar üzrə qeydiyyatlar azalıb.

    Avqust ayı sonuna olan məlumata görə, Türkiyədə dövlət qeydiyyatında olan nəqliyyat vasitələrinin ümumi sayı 32 milyon 828 min 821 olub. Bunların 51,6 faizi avtomobil, 20,9 faizi motosiklet, 14,8 faizi kamyonet, 7 faizi traktor, 3,1 faizi kamyon, 1,6 faizi mikroavtobus, 0,7 faizi avtobus və 0,3 faizi xüsusi təyinatlı vasitələrdən ibarətdir.

    Həmin ay 985 min 244 nəqliyyat vasitəsinin mülkiyyət hüququ ötürülüb. Bu vasitələrin 67 faizini avtomobillər təşkil edib. Onları kamyonetlər (%14,1) və motosikletlər (%12,1) izləyib.

    Avqust ayında 94 min 989 avtomobil qeydiyyata alınıb. Bunların 12,7 faizi Renault, 7,4 faizi Fiat, 6,7 faizi Volkswagen, 6,5 faizi Hyundai, 6,3 faizi Toyota, 5,2 faizi BYD, digər hissəsi isə digər markalar arasında bölünüb.

    Yanvar-avqust aylarını əhatə edən dövrdə qeydiyyata alınan nəqliyyat vasitələrinin sayı 10,7 faiz azalaraq 1 milyon 562 min 342 olub. Bu dövrdə 33 min 837 vasitənin qeydiyyatı ləğv edilib. Beləliklə, xalis artım 1 milyon 528 min 505 olub.

    Bu dövrdə qeydiyyata alınan avtomobillərin 45,4 faizi benzin, 26,8 faizi hibrid, 17,6 faizi elektrik, 9,2 faizi dizel, 1 faizi LPG ilə işləyib. Qeydiyyatda olan ümumi avtomobillərin isə 33,1 faizi dizel, 30,7 faizi LPG, 30,7 faizi benzin ilə çalışır.

    2025-ci ilin ilk 8 ayında qeydiyyata alınan avtomobillərin 29,3 faizi 1300 sm³ və daha az mühərrik həcminə malik olub. Ən çox seçilən rəng isə göy (gri) olub – %40,2.

    #Türkiyə #elektrik avadanlıqları #Toyota #BYD #Volkswagen #Türkiyə nəqliyyat statistikası 2025 #Türkiyə nəqliyyat vasitələrinin sayı #Avtomobil bazarı Türkiyə 2025 #Avtomobil qeydiyyatı rəqəmləri #2025 avtomobil bazarı tendensiyası #Renault #Fiat #Hyundai #Dizel və benzin bahalaşması #2025 Türkiyə nəqliyyat qəzaları #Hibrid avtomobillər #Benzinli avtomobillər #Avtomobil bazarı Türkiyə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.