#Elnur Nəsirov

Azərbaycanın qədim və zəngin mədəniyyət mərkəzlərindən olan Bərdə şəhəri orta əsrlərdə İslam dünyasına onlarla görkəmli alim bəxş etmişdir. Bu ustad elmi xadimlərdən biri də tam adı Hafiz Əbu Əli Hüseyn ibn Əli ibn Muhəmməd ibn Hüseyn ibn Tahir ibn Xalid ibn İdris ibn Bəkir ibn Həbib ibn Zəhir ibn Asim ibn Müdərrək Bərdəi olan böyük hədis hafizidir.

Orta əsrlər Şərq elmi və ədəbi mühitinin formalaşmasında Azərbaycan mənşəli alimlərin müstəsna xidmətləri olmuşdur. Yaşadığı dövrün tanınmış ədiblərindən və görkəmli dilçilərindən biri də tam adı İzzəddin Əbu Muhəmməd Əbdülvəhhab ibn İbrahim ibn Muhəmməd əl-Xəraci Zəncani olan böyük elmi xadimdir. Zəncanda dünyaya göz açan alim, sonradan elmi mühitin daha qaynar olduğu Təbriz şəhərinə köçərək orada məskunlaşmışdır.

IX əsrdə yaşamış Əbu Hənifə Muhəmməd ibn Əbdürrəhman əl-Bərdəi, İslam elminin inkişaf etdiyi dövrdə Azərbaycanın Bərdə şəhərindən çıxaraq İslam dünyasının mərkəzi hesab olunan Məkkəyə yollanmış görkəmli hədis ravilərindən biridir. Onun həyatı və fəaliyyəti Azərbaycanın orta əsrlər elm tarixində tutduğu mühüm yeri bir daha sübut edir.

Hülagülər dövlətinin hökm sürdüyü dövrdə yaşamış azərbaycanlı filoloq Mahmud ibn Məhəmməd ibn Əli ibn Mahmud əl-Arrani orta əsr Şərq elminin inkişafında mühüm rol oynamış alimlərdən biri hesab olunur. Onun həyatı haqqında məlumatlar çox olmasa da, ərəb dili qrammatikasına dair yazdığı şərhlər böl­gə elmi mühitində xüsusi nüfuz qazanmışdı.

XI əsrin elmi mühitində öz izini qoyan azərbaycanlı tarixçi alimlərdən biri idi. Onun qələmə aldığı əsərlər təkcə faktların toplandığı mənbə deyil, həm də keçmiş sivilizasiyaların ruhunu yaşadan tarixi yaddaşdır. Əl-Azərinin fars dilində yazdığı “Müxtəsər ələ Təbəqatü’l-Müluk” və “Əxbaru Müluki-Əcəm və Xüləfa” əsərləri xüsusilə qiymətləndirilir.