Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, baş nazir Məhəmməd bin Salman Əl-Səud Riyadda, “Əl-Yemame” sarayında Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantinonu qəbul edib. Görüş zamanı Səudiyyə Ərəbistanı ilə FİFA arasında idman sahəsində əməkdaşlıq istiqamətləri, qarşıdakı layihələr və futbolun inkişafına dair yeni imkanlar müzakirə olunub. Tərəflər qlobal səviyyədə idman təşəbbüslərinin genişləndirilməsi və Səudiyyə Ərəbistanının bu prosesdə rolunun gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.