Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Şavkat Raxmanov qışda UFC-yə qayıdır

    25 Sentyabr 2025 16:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Şavkat Raxmanov qışda UFC-yə qayıdır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Qazaxıstanlı UFC döyüşçüsü Şavkat Raxmanovun yaxın aylarda oktaqona qayıdacağı açıqlanıb.

    AzerVoice xəbər verir ki, onun məşqçisi Eduard Bazrov döyüşçünün qış mövsümündə rinqə çıxmağa hazırlaşdığını bildirib.

    “Şavkat ən geci gələn ilin əvvəlində geri dönməyə köklənib. Hazırda hazırlıqlarını buna uyğun planlaşdırırıq. İlk beşlikdə çox güclü rəqiblər var”- deyə o bildirib.

    Raxmanov ötən il UFC 310 turnirində Belal Məhəmmədlə titul döyüşünə çıxmalı idi. Lakin sümük infeksiyasına görə qarşılaşmadan imtina etmişdi.

    Bu il UFC 315-də yenidən kəmər üçün mübarizə aparmaq imkanı doğsa da, bu dəfə də qazax döyüşçü zədələndi. Beləliklə, titul uğrunda mübarizəyə avstraliyalı Cek Della Maddalena çıxdı və qalib gələrək çempion oldu.

    Daha sonra Şavkatın Maddalenaya qarşı döyüşü gündəmə gəldi. Ancaq keçmiş yüngül çəki çempionu İslam Maxaçevin çəkisini dəyişməsi ilə titul şansı ona verildi. Raxmanovun komandası isə Maxaçev–Maddalena duelinin qalibi ilə qarşılaşmağa hazır olduqlarını açıqladı.

    #Qazaxıstan #UFC #Belal Məhəmməd #UFC çempionu #UFC xəbərləri #Cek Della Maddalena #Şavkat Rəxmonov #Maxaçev – Maddalena #Eduard Bazrov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    24 Avqust 2026 10:02

    Qazaxıstanda Kurultaya seçkilərdə səsvermə başa çatıb

    23 Avqust 2026 19:59

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    Tacikistan İrandan 2,55 milyon ton neft və yanacaq almaq istəyir

    20 Avqust 2026 18:12

    Bakıda Azərbaycan və Qazaxıstan hərbi mütəxəssisləri arasında görüş keçirilib

    19 Avqust 2026 19:12

    Qazaxıstan Prezidenti Azərbaycanın səfirinin etimadnaməsini qəbul edib

    19 Avqust 2026 14:18

    Qazaxıstan Xəzər dənizinin monitorinqinə 2,36 milyon dollar vəsait ayırıb

    12 Avqust 2026 16:19

    Kasım-Jomart Tokayev Ukrayna müharibəsinin dondurulmasını və danışıqların bərpasını təklif edib

    25 İyul 2026 21:12

    Rusiyanın bəzi bölgələrində yanacaq çatışmazlığı hələ də davam edir

    25 İyul 2026 20:03

    Qazaxıstanda ilk dəfə aerotaksi sınaqdan keçirilir

    23 İyul 2026 11:19

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    22 İyul 2026 14:33

    Qazaxıstan süni yağış layihəsinə başlayıb

    14 İyul 2026 16:49
    XƏBƏR LENTİ

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    İraq Səudiyyə Ərəbistanı və İranı vahid təhlükəsizlik şurasına çağırdı

    AfD əyalət seçkilərini Almaniyada hakimiyyətə yol kimi görür

    ABŞ İrana qarşı ən geniş iqtisadi təzyiq planını işə salır

    Norveç kralı V Haraldın səhhəti pisləşib

    İordaniya əsilli müğənni Zeyn 9 Avropa şəhərində konsert verəcək

    Səudiyyə Ərəbistanı Suriyanın paytaxtında viza müraciəti mərkəzi açıb

    SpaceX-in dəyəri ilə qazancı arasındakı ziddiyyət nəyi göstərir?

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    Səudiyyə Ərəbistanı 2026-cı ilin birinci rübündə 15 milyon zəvvar qəbul edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.