Qazaxıstanlı UFC döyüşçüsü Şavkat Raxmanovun yaxın aylarda oktaqona qayıdacağı açıqlanıb. Bu il UFC 315-də yenidən kəmər üçün mübarizə aparmaq imkanı doğsa da, bu dəfə də qazax döyüşçü zədələndi. Beləliklə, titul uğrunda mübarizəyə avstraliyalı Cek Della Maddalena çıxdı və qalib gələrək çempion oldu.
#Şavkat Rəxmonov
UFC rəsmi olaraq keçmiş yüngül çəki çempionu İslam Maxaçevin yarımorta çəki divizionunda titul qarşılaşmasına çıxacağını təsdiqləyib. İslam Maxaçev yüngül çəkidəki titulundan könüllü imtina edərək karyerasını yarımorta çəkidə davam etdirmək qərarı verib. Onun bu addımı diviziondakı qüvvələr balansını dəyişdirib və digər yüksək reytinqli iddiaçıların titul şansını ertələyib.