#İranın ən böyük elektrik stansiyaları və enerji şəbəkəsi

ABŞ Prezidenti Donald Trampın İrana qarşı müəyyən etdiyi müddətin başa çatmasına saatlar qalmış, Vaşinqtonun hədəf seçə biləcəyi strateji infrastruktur obyektlərinin xəritəsi məlum olub. ABŞ-ın hədəf siyahısında ənənəvi hərbi obyektlərlə yanaşı, ölkənin enerji və nəqliyyat sisteminin onurğa sütununu təşkil edən mülki infrastrukturun da yer alacağı gözlənilir. Bu hədəflər arasında elektrik stansiyaları və strateji körpülər xüsusi çəkiyə malikdir. Bu obyektlərin sıradan çıxarılması milyonlarla iranlının gündəlik həyatını iflic etmək və dövlətin iqtisadi dayaqlarını sarsıtmaq məqsədi daşıyır.