Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    ABŞ-dən münasib təkliflər gələrsə, Tehran Vaşinqtonla razılaşmaya gedə bilər – Rufiz Hafizoğlu

    27 Mart 2026 14:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ-dən münasib təkliflər gələrsə, Tehran Vaşinqtonla razılaşmaya gedə bilər – Rufiz Hafizoğlu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    “Tramp Hörmüz boğazını İranla birlikdə idarə etməyə maraqlıdır. O bunun üçün ortaq şirkət yaradılmasını və payların bölünməsini təklif edə bilər”.

    Bu barədə "The Wall Street Journal" qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib.

    Bildirilir ki, hazırda Ağ Evdə bu məsələlər ətrafında müzakirələr aparılır:

    “Bu faktiki Hörmüz boğazında azad naviqasiyanın sonu ola bilər. Eyni zamanda Tramp İran neftinin bir hissəsinə çıxış əldə etmək istəyir. Bu ABŞ-a İranın enerji bazarında söz sahibi olmağa imkan verə bilər. Tramp bundan əlavə İranın mis yataqlarına yatırım etmək və bunu da ortaq şirkətdə birgə idarə etməyi planlaşdırır”.

    Maraqlıdır, ABŞ və İran bu məsələlərdə birgə əməkdalığa razı ola bilər, yoxsa bu, iluziyadır? Trampın İrana qarşı hücumları məhz bu hədəflərə istiqamətlənib?

    VOA xəbər verir ki, məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Rufiz Hazfizoğlu “Cebheinfo.az”-a şərhində qeyd edib ki, ABŞ-dən yaxşı təkliflər gələrsə, Tehran Vaşinqtonla razılaşmaya gedə bilər:

    “Məsələ ondan ibarətdir ki, Trampın İranla bağlı tələbləri tez-tez dəyişir. Çıxışlarında gah Hözmüz boğazı, gah İranın mis yataqları, gah da İranla enerji əməkdaşlığına toxunur. Bu da haradasa, İran hakimiyyətini cəsarətləndirən bir addımdır.

    Tehranda hesab edirlər ki, ABŞ-nin daxili, xarici və enerji təhlükəsizliyi siyasətində İranla bağlı ciddi fikirayrılıqları mövcuddur. Belə desək, Trampın son hərəkətləri sözün həqiqi mənasında İranı cəsarətləndirib”.

    Ekspert hesab edir ki, Vaşinqton İranla anlaşmaq istəyir:

    “Amma Vaşinqton hər zaman bir əlində kökə, bir əlində sopa tutub. Ağ Ev İranla bu siyasəti yürütmək istəyir. Yəni Vaşinqton Tehrana mesaj ötürür ki, mənim şərtlərimə razı olsan, səninlə müəyyən əməkdaşlığa gedəcəm, yox əgər şərtlərimlə razı olmayacaqsansa, səni yer üzündən siləcəm. Ancaq İran hakimiyyətinin bu kimi çağırışlara və təhdidlərə immuniteti var”.

    R.Hafizoğlu, həmçinin vurğulayıb ki, İran əlverişli şərtlər əsnasında ABŞ-la əməkdaşlığa gedə bilər:

    “Müharibədən əvvəl belə hesab edilirdi ki, İranın siyasi elitasında ABŞ-la bağlı vahid mövqe var. Halbuki müharibənin gedişatında İranda baş verən sui-qəsdlər və digər hadisələr onu deməyə əsas verir ki, İranın siyasi elitasında olan şəxslər heç də vahid mövqedən çıxış etmirlər.

    İran hakimiyyəti daxilində ABŞ ilə dialoq marağında olanlar ilə radikal düşüncə sahibləri arasında fikirayrılıqları var. Hesab edirəm ki, əgər ABŞ-dən yaxşı təkliflər gələrsə, Tehran Vaşinqtonla razılaşmaya gedə bilər. İran hakimiyyəti maksimum özünü baha satmağa çalışır və Vaşinqtondan fərqli təkliflər gözləyir.

    İran İslam dünyasının dərdini çəkir, bunlar tamamilə boş fikirlərdir. İranın İslam dünyasının dərdini çəkmək niyyəti yoxdur. İran üçün əsasən öz milli maraqları önəmlidir. Hazırkı proseslərdə kim qalib gələcək bunu yalnız zaman göstərəcək”.

    #Rufiz Hafizoğlu #İsrail və İran gərginliyi #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

    25 Avqust 2026 14:56

    İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

    25 Avqust 2026 14:13

    HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?

    15 Avqust 2026 10:06

    Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?

    13 Avqust 2026 16:52

    İslam dünyasının modern məsələlərə, modern yanaşmaya ehtiyacı var - Rufiz Hafizoğlu

    11 Avqust 2026 14:24

    İranın ərəb və İslam dünyası ilə qarşı-qarşıya qoyulması ssenarisi hazırlanır

    4 Avqust 2026 18:10

    Əhməd Davudoğlu önəmli fiqurdur amma...

    1 Avqust 2026 13:14

    Ermənistan İranla birgə TRIPP layihəsinə qarşı çıxdı

    26 İyul 2026 12:06

    Bab əl-Məndəbdə gərginlik: İran–ABŞ qarşıdurması davam edir

    23 İyul 2026 16:49

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    22 İyul 2026 20:58

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    22 İyul 2026 14:33

    Azərbaycan müsəlman dünyasında əməli və bərabərhüquqlu həmrəyliyin tərəfdarıdır - Rufiz Hafizoğlu

    20 İyul 2026 12:45
    XƏBƏR LENTİ

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.