Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    İmam Mehdinin “zühuru” üçün tam şərait yaranıb – İran rəsmisi

    2 Dekabr 2024 19:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İmam Mehdinin “zühuru” üçün tam şərait yaranıb – İran rəsmisi
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice/ ArabAz

    İran ABŞ-ı Suriyadakı vəziyyətdən sui-istifadə etməmək barədə xəbərdarlıq edib və sahənin inkişafı tələb edərsə, İnqilab Keşikçiləri Korpusundan Hələbə “məsləhətçi” qüvvələrin göndərilməsinin mümkünlüyü barədə siqnallar verib.

    İran prezidenti Məsud Pezeşkian İslam ölkələrini “Suriyadakı problemləri həll etməyə” çağırıb və İran parlamentinin iclasında deyib ki, : “İslam ölkələri daxili münaqişələrinin regiona daha çox xarici müdaxiləyə səbəb olmasına imkan verməməlidirlər”.

    “Ümid edirik ki, region ölkələri Amerika və İsrailin heç bir İslam ölkəsinin daxili münaqişəsindən istifadə etməsinə icazə verməyəcəklər. Müharibə və dağıntıları genişləndirənlər sülh, insan haqları və insanlıq iddiasında olanlarla eynidir. İsrail on min uşaq öldürüb, insan haqlarını iddia edənlər isə sadəcə seyrçidir… Bu faciənin ABŞ və Avropa ölkələrinin dəstəyi ilə baş verməsi utancvericidir. Biz heç bir şəkildə müharibə istəmirik. Biz qonşularımızla problemlərimizi mümkün qədər həll etmək üçün səy göstərdik və müxtəlif ölkələrlə əlaqələrimizi yaxşılaşdırmağa çalışdıq”-deyə İran prezidenti bildirib.

    Öz növbəsində, parlamentin sədri Məhəmməd Baqir Qalibaf Suriyanın şimalında baş verənləri Livanda atəşkəsdən sonra “bu hərəkətlərin vaxtını” nəzərə alaraq “bölgənin təhlükəsizliyini pozmaq üçün sionist-amerikan planı” adlandırıb.

    O deyib: “Belə bir şəraitdə bölgədəki rasional insanların bu təhlükəli sui-qəsdin qarşısını almaq və terrorçuların Suriya və bölgədəki hərəkətləri ilə üzləşmək üçün hərəkətə keçmələri lazımdır. Terro kartını istifadə etmək ABŞ və İsrailə baha başa gələcək”-deyə o bildirib.

    İran Xarici işlər naziri Abbas Araqçiyə gəlincə, o, cənubdakı Kiş adasında jurnalistlərə deyib ki, Tehran “terrorçularla mübarizədə Suriya hökuməti və ordusunu” dəstəkləyir.

    Dəməşqə getməzdən bir neçə saat əvvəl Əraqçi deyib ki, o, Suriya hökumətinə “orduya və Suriya hökumətinə qəti dəstəyimizi” təsdiqləyən mesaj göndərəcək.

    “Biz inanırıq ki, düşmən sionistlərin uğursuzluğundan sonra terrorçu qruplar vasitəsilə regionun təhlükəsizliyini pozmaq kimi mənfur məqsədlərinə nail olmağa çalışır və “Suriya ordusu bir daha bu terror qrupları üzərində əvvəl olduğu kimi qələbə çalacaq”-deyə Əraqçi bildirib.

    İran qüvvələrinin Suriyaya göndərilməsi

    Bu arada parlamentin Milli Təhlükəsizlik Komitəsinin hərbi məsələlər üzrə məsul nümayəndəsi İsmayıl Kothari deyib ki, İranın Suriyaya “məsləhətçi qüvvələr” göndərməsi ehtimalı var, lakin o, qüvvələrin göndərilməsinin “sahədəki hadisələrdən və hökumətin qərarlarından asılıdır.

    İnqilab Keşikçiləri Korpusunun general-mayoru Kothari, Hələbdəki hücumların “60 günlük atəşkəs dövründə Amerika və İsrail tərəfindən planlaşdırılan Hizbullaha İranın dəstəyini kəsmək məqsədi daşıdığını” söyləyib.

    Kothari mətbuata verdiyi açıqlamada, “Livanda atəşkəs elan edildikdən dərhal sonra silahlı qrupların Suriyanın şimal-qərbindəki bölgələrə təşkil etdiyi hücumun ABŞ və sionist varlıq tərəfindən əvvəlcədən planlaşdırıldığını” deyib.

    “İsrail ordusu 60 gündən sonra Livanın cənubuna (Hizbullah) və müqavimət cəbhəsinə təzyiqi artırmaq üçün yeni bir hücuma keçəcək”.-deyə o bildirib.

    Kothari qeyd edib ki, “Suriyadakı iranlı müşavirlərin sayı o qədər də böyük deyil… Əgər qüvvələrin sayı keçmişdəki kimi olsaydı, dərhal hərəkətə keçərdilər”.

    İnqilab Keşikçiləri Komandirinin müşaviri, general Hüseyn Dəqiqi şənbə günü deyib: “Düşmən Suriya və Livana hücum edib, lakin Suriyada onun əli kəsiləcək”.

    Dəqiqi regionun “müqavimət oxu”nda tənəzzülün şahidi olduğuna inanmaqdan imtina edərək, “İslam İnqilabının çox sürətlə irəlilədiyini” deyib.

    “Müqavimət hərəkatı günü-gündən irəliləyiş əldə edir… Hazırda İmam Mehdinin zühuru üçün şərait hazırlanır və bu hərəkat həmin mərhələ ilə bağlıdır”-deyə o əlavə edib.

    İraqdan qüvvələrin gəlməsi

    Farsdilli Radio Farda şənbə günü mənbələrə istinadən xəbər verib ki, minlərlə “Qüds Gücü” qüvvələri və İranın dəstəklədiyi İraq qruplaşması Hələbə doğru yola düşüb.
    ABŞ tərəfindən maliyyələşdirilən radiostansiya İranın dəstəklədiyi İraq qruplaşmalarındakı iki mənbəyə istinadən əlavə edib ki, “Qüds Qüvvələrinin minlərlə üzvü İranın cənub-qərbindəki Şələmçeh sərhəd bölgəsindən İraqa daxil olub və ötən cümə axşamı axşam Bağdada yollanıb”.

    Bu qüvvələr Suriya sərhədini keçməzdən əvvəl Hizbullah Briqadaları və Əl-Nucaba qruplarından minlərlə döyüşçüyə qoşulub.

    Şənbə günü axşam İnqilab Keşikçiləri Korpusunun mediası Fatemiyyun qüvvələrinə aid şəkillər və video kliplər yayıb. Klipdə Qüds qüvvələrinin Əfqanıstan milisləri Hələb ətrafında toplaşaraq, müxalifətə qarşı döyüşə hazr olduqlarını bəyan ediblər.

    Videoda vokalçı Mehdi Salahşurun döyüşçüləri döyüşməyə çağıran mahnılar səsləndirdiyi görünür. İranın Mehr Agentliyi videoların həqiqiliyini təsdiqləyib. Agentlik, İnqilab Keşikçiləri Korpusunun lideri Salahşurun Livanın cənubundan Suriyaya getdiyini və Fatemiyyun döyüşçüləri ilə görüşdüyünü yazıb.

    #İran
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranın Hörmüz boğazından keçidə görə ödəniş almasına icazə verməyəcəyik - Tramp

    3 Avqust 2026 22:50

    İran üçün son şans yetişib - Tramp

    3 Avqust 2026 22:48

    Son 24 saatda Hörmüz boğazında daha doqquz kommersiya gəmisi marşrutunu dəyişib - CENTCOM

    3 Avqust 2026 21:50

    Oman İranla dünya adından danışıqlar aparır

    3 Avqust 2026 21:18

    İstənilən təhdidə qəti cavab verməyə hazırıq - SEPAH komandiri

    3 Avqust 2026 20:50

    Pakistan İranın xarici işlər nazirini İslamabada dəvət edib

    3 Avqust 2026 20:47

    İranın qarşısında iki seçim var – razılaşma və ya tam təslim olmaq - Tramp

    3 Avqust 2026 20:43

    Tramp ABŞ neft şirkətlərini yanacaq qiymətlərini endirməyə çağırıb

    3 Avqust 2026 20:40

    Tehran və Vaşinqton arasında danışıqlar aparılmır - İsmayıl Bəqai

    3 Avqust 2026 20:31

    Səudiyyə Ərəbistanı ABŞ-ın strategiyasına necə təsir göstərib?

    3 Avqust 2026 19:21

    Oman Hörmüz boğazında gərginliyin azaldılması üçün səylərini davam etdirir

    3 Avqust 2026 19:16

    İran hazırda Hörmüz boğazından keçən gəmilərə nəzarət edir

    3 Avqust 2026 19:03
    XƏBƏR LENTİ

    Cinayətkarların artmasına sosial media necə təsir edir?

    Bu gün Corc Vaşinqton Ustad Mason titulunu qəbul etdi

    Tarixdə bu gün – 4 Avqust

    İranın Hörmüz boğazından keçidə görə ödəniş almasına icazə verməyəcəyik - Tramp

    İran üçün son şans yetişib - Tramp

    Ərəb Liqası İsraili Qəzzada atəşkəs prosesini pozmağa cəhddə ittiham edib

    Son 24 saatda Hörmüz boğazında daha doqquz kommersiya gəmisi marşrutunu dəyişib - CENTCOM

    Böyük Britaniya OpenAI və Anthropic ilə bağlı araşdırmaları izləyir

    Oman İranla dünya adından danışıqlar aparır

    İsrail ordusu Qəzzadakı əməliyyatın nəticələrini açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.