Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər / Gündəm
    Gündəm

    Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankara səfəri çərçivəsində görüşlər keçirib

    22 İyul 2025 16:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankara səfəri çərçivəsində görüşlər keçirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    Azərbaycan və Türkiyə prokurorluqları arasında işgüzar əlaqələrin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün dəvəti ilə Ankara şəhərində səfərdədir.

    AzerVoice xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki. səfər çərçivəsində nümayəndə heyəti Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edərək abidəsi önünə əklil qoyub və Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib. Daha sonra nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbiri ziyarət edərək, onun məzarı önünə əklil qoyublar. Baş prokuror Kamran Əliyev Anıtqəbirin Şərəf kitabına ürək sözlərini yazıb.

    Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunda keçirilmiş görüşdə Muhsin Şentürk ölkələrimizin hüquq-mühafizə orqanları arasında mövcud yüksək səviyyəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

    Baş prokuror Kamran Əliyev göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimizdir, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamlarında öz əksini tapdığını, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi ilə həyata keçirilən strateji layihələrin xalqlarımızın rifahına xidmət etdiyini qeyd edib.

    Görüş zamanı hüquqi əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş prokurorları Şurası, Beynəlxalq Prokurorlar Assosiasiyası və digər çoxtərəfli platformalar çərçivəsində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb. Həmçinin hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsi və yeni imkanların nəzərdən keçirilməsi müzakirə olunub.

    Həmin gün nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəz ilə də görüşüb. Görüşdə ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə sistemləri arasında əməkdaşlığın uğurla davam etdiyi bildirilib. Tərəflər hakim və prokurorların ixtisasartırma təlimlərinin təşkilinin vacibliyini qeyd edərək gələcəkdə də bu istiqamətdə əlaqələrin inkişaf etdiriləcəyinə əminlik ifadə ediblər.

    İyulun 22-də nümayəndə heyəti Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ilə görüş keçirib. Görüşdə hüquqi yardım, ekstradisiya, təlim səfərləri və Türk Ədliyyə Təlim Şəbəkəsi çərçivəsində əməkdaşlıq, eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Türkiyə Ədliyyə Akademiyası arasında əməkdaşlıq imkanları müzakirə olunub.

    Səfər çərçivəsində, həmçinin, Türkiyə Respublikasının Baş Ombudsmanı Mehmet Akarca ilə də görüş keçirilib. Görüş zamanı insan hüquq və azadlıqlarının təmin olunması, hüquqi maarifləndirmə sahəsində birgə təşəbbüslər və institusional əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək, qurumlar arasında əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi və birgə layihələrin reallaşdırılması ilə bağlı razılıq ifadə ediblər.

    Görüşlərdə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak edib.

    Səfər çərçivəsində, həmçinin Baş prokuror Kamran Əliyev ölkəmizin Türkiyədəki səfirliyini ziyarət edərək səfirliyin heyəti ilə görüşmüş, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi barədə barədə fikir mübadiləsi aparıb.

    Nümayəndə heyətinin səfəri davam edir.

    Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankara səfəri çərçivəsində görüşlər keçirib
    Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankara səfəri çərçivəsində görüşlər keçirib
    Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankara səfəri çərçivəsində görüşlər keçirib
    #Türkiyə #Azərbaycan #Baş Prokurorluq #Kamran Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

    29 Avqust 2026 17:42

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    28 Avqust 2026 19:37

    Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

    28 Avqust 2026 19:27

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15
    XƏBƏR LENTİ

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.