#Baş Prokurorluq

Aprelin 24-də Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul edib.Baş prokuror ilk növbədə, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xomeneinin vəfatı, həmçinin son hadisələr nəticəsində xeyli sayda mülki vətəndaşın ölməsi ilə əlaqədar qarşı tərəfə başsağlığı verib, tezliklə regionda sülhün bərqərar olmasına inamını bildirib.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

Martın 5-də İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum həyata keçirilib. Bildirilir ki, ilkin istintaq hərəkətləri ilə müəyyən edilib ki, pilotsuz uçuş aparatlarından biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsinin yaxınlığına düşüb.

Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür. Yanvarın 16-da Baş prokuror Kamran Əliyev Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonundan olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun Mətbuat xidməti paytaxtın Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə nəticələnmiş yanğın faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə 1 nəfərin şübhəli şəxs qismində tutulmasına dair mediada yayılan məlumatları təsdiq edir. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti bildirib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, daxili qoşunlar tərəfindən yeddi vilayətdə aparılan genişmiqyaslı əməliyyatlar nəticəsində səkkiz mütəşəkkil cinayət şəbəkəsi zərərsizləşdirilib, ümumilikdə 64 nəfər saxlanılıb. Nazir sosial media hesabında paylaşdığı açıqlamada qeyd edib ki, bu əməliyyatların əsas məqsədi şəhərlərin təhlükəsizliyini və vətəndaşların rahatlığını təmin etməkdir.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 8-də Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə qurumunun (Nazaha) rəhbəri Mazin İbrahim Əl-Kahmusun dəvəti ilə Ciddə şəhərində təşkil olunan beynəlxalq konfransda iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfərə gedib.