#Kamran Əliyev

Baş prokuror Kamran Əliyev Qarabağ Universitetində tələbələr və müəllim heyəti üçün rəqəmsal sübutlar və elektron cinayət təqibi mövzusunda geniş mühazirə keçirib. Tədbiri açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayıb və Qarabağ Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə kadr hazırlığına göstərilən davamlı dəstəyə görə Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyinə təşəkkürünü bildirib.

Aprelin 24-də Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul edib.Baş prokuror ilk növbədə, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xomeneinin vəfatı, həmçinin son hadisələr nəticəsində xeyli sayda mülki vətəndaşın ölməsi ilə əlaqədar qarşı tərəfə başsağlığı verib, tezliklə regionda sülhün bərqərar olmasına inamını bildirib.

Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür. Yanvarın 16-da Baş prokuror Kamran Əliyev Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonundan olan vətəndaşları qəbul edib.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 8-də Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə qurumunun (Nazaha) rəhbəri Mazin İbrahim Əl-Kahmusun dəvəti ilə Ciddə şəhərində təşkil olunan beynəlxalq konfransda iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfərə gedib.

Adnan Əhmədzadənin həbsi ilə bağlı hazırda ibtidai istintaq hərəkətləri davam etdirilir. Bunu Baş Prokuror Kamran Əliyev deyib. "Bununla bağlı istintaq orqanı araşdırma aparır. İndi bu məsələ nə isə demək düzgün deyil", - K.Əliyev bildirib. Xatırladaq ki, Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Tanzaniya Birləşmiş Respublikasının Dövlət Prokurorluğunun direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi və institusional islahatlar, xüsusilə şəffaflıq, hesabatlılıq və korrupsiyaya qarşı mübarizə sahəsində atılan məqsədyönlü addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 30-cu illik konfransı və ümumi yığıncağında iştirak məqsədilə Sinqapura işgüzar səfərə gedib. AzerVoice xəbər verir ki, "Prokurorun dəyişən rolu və cinayət mühakimə sisteminin idarə edilməsi" mövzusuna həsr olunmuş konfrans çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, o cümlədən süni intellektdən istifadə imkanları, prokurorluq orqanlarının kibercinayətkarlıqla mübarizə təcrübəsi, rəqəmsal sübutların cinayət mühakimə icraatında istifadəsi, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni çağırışlara uyğun birgə təşəbbüslərin həyata keçirilməsi və bu kimi aktual məsələlər müzakirə olunur.