VOA təhlil mərkəzi

ABŞ Prezidenti Donald Trampın İran sivilizasiyasını məhv etmək hədəsindən cəmi 90 dəqiqə əvvəl geri çəkilərək 2 həftəlik atəşkəs elan etməsi dünyanı böyük bir fəlakətin astanasından qurtarıb. Pakistanın gərgin vasitəçilik səyləri nəticəsində əldə olunan bu razılaşma regional partlayışın fitilini müvəqqəti söndürsə də, qarşıda mühüm bir sual durur: Bu, daimi sülhün müqəddiməsidir, yoxsa tərəflərin hərbi və iqtisadi maraqlarına xidmət edən taktiki fasilə?

ABŞ-ın İranla qarşıdurmada tətbiq etdiyi "vaxt limitləri" və ultimatumlar hərbi hesablama ilə siyasi-psixoloji mesajların kəsişdiyi mürəkkəb bir təzyiq alətinə çevrilib. İran, İsrail və ABŞ arasındakı müharibənin beşinci həftəsində Vaşinqtonun "vaxt" siyasəti münaqişənin idarə olunmasında mərkəzi element kimi çıxış edir. Donald Tramp administrasiyası tərəfindən müəyyən edilən qısa müddətli ultimatumlar həm hərbi əməliyyatlara zəmin hazırlayır, həm də Tehran üzərindəki psixoloji təzyiqi maksimum həddə çatdırır.

ABŞ Prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəs əldə olunduğunu elan etməsindən sonra, Tehranın masaya qoyduğu 10 bəndlik təklifin təfərrüatları bəlli olub. Tramp bu sənədi "keçmiş ixtilafları bitirmək üçün əlverişli bir əsas" kimi xarakterizə edib. İranın "Təsnim" xəbər agentliyinin və beynəlxalq media qurumlarının yaydığı məlumata görə, Tehranın müharibəni dayandırmaq və daimi sülhə nail olmaq üçün irəli sürdüyü şərtlər aşağıdakılardır:

ABŞ Prezidenti Donald Tramp, müharibə onun ilkin müəyyən etdiyi zaman çərçivəsini aşdıqdan sonra İrana qarşı təzyiqləri maksimum həddə çatdırıb. Tramp İranı "bir gecədə məhv etməyə" qadir olduğunu bildirməklə yanaşı, Hörmüz boğazının açılmayacağı təqdirdə ölkənin körpülərini və elektrik stansiyalarını darmadağın edəcəyi ilə hədələyir.

ABŞ Prezidenti Donald Trampın İrana qarşı müəyyən etdiyi müddətin başa çatmasına saatlar qalmış, Vaşinqtonun hədəf seçə biləcəyi strateji infrastruktur obyektlərinin xəritəsi məlum olub. ABŞ-ın hədəf siyahısında ənənəvi hərbi obyektlərlə yanaşı, ölkənin enerji və nəqliyyat sisteminin onurğa sütununu təşkil edən mülki infrastrukturun da yer alacağı gözlənilir. Bu hədəflər arasında elektrik stansiyaları və strateji körpülər xüsusi çəkiyə malikdir. Bu obyektlərin sıradan çıxarılması milyonlarla iranlının gündəlik həyatını iflic etmək və dövlətin iqtisadi dayaqlarını sarsıtmaq məqsədi daşıyır.

Enerji təhlükəsizliyi məsələsinin yenidən qlobal gündəmin mərkəzinə çevrildiyi bir vaxtda, mütəxəssislər nüvə füzyonunu (sintezini) Avropanın idxal yanacaqdan asılılığına son qoya biləcək strateji çıxış yolu kimi dəyərləndirirlər. Cari ilin 28 fevralında İranda başlayan müharibə və Tehranın Hörmüz boğazı vasitəsilə neft daşımalarını kəskin məhdudlaşdırması dünya bazarında tarixin ən böyük tədarük kəsintisinə səbəb olub. Bu böhran fonunda Avropa ölkələri yerli enerji alternativlərinə, xüsusilə də ənənəvi nüvə parçalanmasından daha təhlükəsiz və səmərəli hesab edilən füzyon enerjisinə diqqəti artırıblar. Almaniyanın "Proxima Fusion" startapı bu sahədə "stellarator" texnologiyası üzərində çalışaraq 2030-cu illərin sonuna qədər ilk kommersiya füzyon stansiyasını işə salmağı hədəfləyir.

28 fevral 2026-cı il səhəri ABŞ və İsrailin İranın strateji obyektlərinə, o cümlədən Ali Rəhbər Əli Xameneinin iqamətgahına endirdiyi birgə zərbələr müharibənin başlanğıcı oldu. Lakin bu müharibənin ən gizli və həlledici cəbhəsi yerin onlarla metr dərinliyində — İranın "raket şəhərlərində" yaşanır. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, hücumun ikinci dalğasında Missuri ştatındakı bazasından qalxan "B-2 Spirit" strateji bombardmançıları iştirak edib. 11 min kilometr məsafə qət edən bu təyyarələr yerin 60 metr dərinliyinə nüfuz edə bilən "GBU-57" (Bunker Buster) bombaları ilə İranın yeraltı raket anbarlarını hədəf alıb.

Bir aydan artıqdır davam edən müharibə dövründə ABŞ və İsrailin hava hücumlarına cavab olaraq atılan İran raketləri Körfəz ölkələrinin limanlarını, hava limanlarını, elektrik stansiyalarını, iqtisadi obyektlərini və mülki turizm mərkəzlərini hədəf alıb. Maraqlıdır ki, İranın öz "ideoloji düşməni" elan etdiyi İsrailə qarşı zərbələri daha məhdud və ehtiyatlı xarakter daşıyır.