Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    İraqla yeni Suriya arasında yaxınlaşmanı ləngitmək üçün dezinformasiya savaşı

    2 Noyabr 2025 11:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İraqla yeni Suriya arasında yaxınlaşmanı ləngitmək üçün dezinformasiya savaşı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İraqda Suriya, suriyalılar və Dəməşqin yeni hakimiyyətinin siyasəti barədə sürətlə yayılan şayiələr sadəcə sosial şəbəkələrin çoxluğu ilə izah oluna biləcək adi informasiya dalğası deyil. Müşahidəçilərə görə, bunlar qonşu ölkədəki siyasi dəyişikliyə - Əsəd rejiminin çökməsinə və İrandan məsafəli, Ankaraya yaxın yeni rəhbərliyin hakimiyyətə gəlməsinə etiraz edən yerli qüvvələr tərəfindən məqsədli şəkildə təşkil olunan informasiya kampaniyası təsiri bağışlayır.

    Bu prosesdən xüsusilə İranla siyasi xətt üzrə eyni istiqamətdə olan şiə partiyaları və silahlı qruplar narahatdır. Rəsmi Bağdadın Suriya ilə əlaqələri normallaşdırmağa hazır olduğunu göstərməsi, hətta təhlükəsizlik sahəsində ehtiyatlı da olsa real addımlar atması həmin qrupların narazılığını daha da artırıb.

    Belə vəziyyətdə dezinformasiya və şayiələr İraq ictimaiyyətində mənfi rəy yaratmaq və iki ölkə arasında yaxınlaşma prosesini ləngitmək üçün istifadə edilən effektiv psixoloji-siyasi vasitəyə çevrilib.

    İraq informasiya məkanında yayılan iddialar əsasən üç istiqaməti əhatə edir:

    Dəməşqin İŞİD üzvlərinin İraqa keçməsinə şərait yaratdığı;

    narkotiklərin, xüsusilə psixotrop maddələrin Suriya sərhədindən ölkəyə daxil olmasına göz yumulduğu;

    İraqda yaşayan suriyalıların ucuz işçi qüvvəsi kimi “iraqlıların işlərini əlindən aldığı” və guya müxtəlif cinayət və əxlaqsızlıq hallarında iştirak etdiyi.

    Son dezinformasiya dalğası yeni Suriya Prezidenti Əhməd əş-Şəraanı hədəfə aldı. Sosial şəbəkələrdə guya İraqda bir suriyalının prezident Şəraanı təriflədiyi videoya görə edama məhkum edilməsi barədə yalan xəbər yayıldı. İraq Ali Məhkəmə Şurası məlumatı tam şəkildə təkzib edərək bildirdi ki, həmin şəxs prezidentin adını deyil, İŞİD terrorçularını və qətliamları tərənnüm etdiyi üçün məhkum olunub. Məhkəmə həmçinin bildirib ki, hökm hələ qüvvəyə minməyib və kassasiya tərəfindən araşdırılacaq.

    Bütün bu kampaniyalara baxmayaraq, Baş nazir Məhəmməd Şiə əs-Sudani hökuməti Suriyanın yeni hakimiyyəti ilə münasibətləri praqmatik əsasda davam etdirir. Rəsmi Bağdad qonşu ölkələrlə ziddiyyətləri minimuma endirməyə, regionda əməkdaşlıq çərçivəsi qurmağa və qarşılıqlı faydaya əsaslanan əlaqələr yaratmağa çalışır.

    Hazırkı mərhələdə İraq üçün Suriya ilə əməkdaşlığın əsas məqsədi təhlükəsizlikdir. İŞİD-in sərhəd boyunca qalıqlarına nəzarət, narkotik qaçaqmalçılığı ilə mübarizə və kəşfiyyat məlumatlarının paylaşılması iki ölkəni əməkdaşlığa vadar edən ən ciddi amillər sayılır. Buna görə də əlaqələr daha çox xüsusi xidmət orqanları səviyyəsində koordinasiya olunur.

    İraqın xarici işlər naziri Fuad Hüseyn dəfələrlə bildirib ki, Suriya sərhədinə yaxın bölgələrdə hələ də İŞİD qrupları mövcuddur və bu, İraq üçün birbaşa təhlükədir. O, həmçinin qeyd edib ki, Suriya cəmiyyətinin bütün komponentlərini bir araya gətirən inklüziv siyasi model formalaşmalıdır, əks halda bu vakuumdan xarici qüvvələr istifadə edə bilər.

    Suriya siyasi və təhlükəsizlik baxımından hələ tam sabitləşməsə də, İraq keçmiş təcrübəsini nəzərə alaraq, əməkdaşlığı təhlükəsizlik zərurəti kimi görür. 2014-cü ildə İŞİD-in Suriya ərazisindən istifadə edərək İraq torpaqlarını işğal etməsi Bağdad üçün hələ də ciddi xəbərdarlıq kimi qalır.

    Nəticə etibarilə, informasiya təzyiqlərinə baxmayaraq, Bağdad–Dəməşq xəttində yaxınlaşma prosesi ləng, lakin sabit şəkildə davam edir və tərəflər praqmatizm və birgə təhlükəsizlik maraqları əsasında qarşılıqlı anlaşma məkanını genişləndirməyə çalışır.

    #İraq #Suriya #Suriya xəbərləri #Suriya Hazırlıq Komitəsi #Silahlı qruplar və Suriya #Suriyada hərbi əməliyyatlar 2025 #İran-İraq əlaqələri #Silahlı şiə qrupları #İran-İraq-Suriya dəhlizi #İraqın siyasi sabitliyi #Korrupsiya və İraq siyasəti #İraq hökuməti və radikal qruplar #İraqın beynəlxalq münasibətləri #Çexiya və İraq enerji əməkdaşlığı #İraq-Suriya münasibətləri #VOA Analitik Təhlil Mərkəzi #Radikal şiəlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    22 Avqust 2026 22:11

    Suriyadakı hava bazasını Türkiyənin planlarına görə vurduq - İsrail

    22 Avqust 2026 19:09

    İsrail ordusu Suriyanın cənubunda hücum həyata keçirdiyini təsdiqləyib

    22 Avqust 2026 19:00

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10

    İran sərt sanksiyaların öhdəsindən gəlmək üçün plan hazırlamalıdır - Qalibaf

    21 Avqust 2026 18:08

    Qəddar sanksiyalara qarşı plan hazırlamalıyıq - Qalibaf

    21 Avqust 2026 15:22

    Müharibədən sonrakı bərpa mərhələsi - Suriya neft və qaz infrastrukturunu yenidən qurur

    21 Avqust 2026 12:49

    ABŞ səfiri İsrail və Türkiyə arasında birbaşa toqquşma ehtimalını qiymətləndirdi

    21 Avqust 2026 12:43

    Suriya Məkkə müdafiə paktına qoşulur? – Xarici İşlər nazirindən İslamabadda mühüm bəyanat

    21 Avqust 2026 06:22

    İranla İraqı ayırmaq cəhdləri bizi daha da yaxınlaşdırıb - Qalibaf

    20 Avqust 2026 22:19

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    Suriyanın suverenliyini pozan hücumlar qəbuledilməzdir - Türkiyə MN

    20 Avqust 2026 13:21
    XƏBƏR LENTİ

    ABŞ-ın borcu 40 trilyon dollara yaxınlaşır - maliyyələşmə niyə bahalaşdı?

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.