Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Mərakeş kralı VI Məhəmməd zəkata dair yeni fətva verilməsi göstərişi verdi

    11 Sentyabr 2025 10:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Mərakeş kralı VI Məhəmməd zəkata dair yeni fətva verilməsi göstərişi verdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Mərakeş kralı VI Məhəmməd ölkənin Ali Elmi Şurasına əmr edib ki, zəkata dair hərtərəfli fətva hazırlansın və bu fətva insanların gündəlik iqtisadi və sosial həyatına tətbiq olunsun. Müşahidəçilərin fikrincə, bu addım zəkatı yalnız fərdi şəkildə yerinə yetirilən bir ibadət olmaqdan çıxararaq, onu cəmiyyətin rifahına və sosial inkişafına xidmət edən institusional mexanizmə çevirəcək.

    Yeni təşəbbüs çərçivəsində Ali Elmi Şura yalnız fətva ilə kifayətlənməyəcək, həm də xüsusi elektron platforma istifadəyə veriləcək. Burada vətəndaşlar suallarını ünvanlayaraq, müasir iqtisadi fəaliyyətlərdən – maaşlardan, xidmətlərdən, investisiyalardan və müxtəlif əməliyyatlardan əldə olunan gəlirlər üzrə zəkatla bağlı dəqiq cavablar ala biləcəklər.

    Konstitusiya hüququ üzrə professor Rəşid Ləzraq bildirib ki, bu təşəbbüs şəffaf qaydalar əsasında fəaliyyət göstərəcək milli zəkat fondunun yaradılmasına zəmin yarada bilər. Belə fond yoxsulluğun azaldılması və sosial bərabərsizliyin aradan qaldırılması proqramlarına əlavə maliyyə mənbəyi ola bilər.

    Dövlət siyasətinə inteqrasiya

    Ekspertlərin fikrincə, zəkatın sosial siyasətə inteqrasiyası ədalətli bölgünü gücləndirəcək və Mərakeşin yeni inkişaf modelinə uyğun şəkildə iqtisadi islahatlarla sosial bərabərliyi balanslaşdıracaq.

    Ali Elmi Şuranın açıqlamasında bildirilib ki, fətvanın məqsədi sırf elmi və maarifləndirici xarakter daşıyır və ictimaiyyətdən daxil olan çoxsaylı suallara cavab verməkdir.

    Ölkənin İslam işləri naziri Əhməd Təvfiq dəfələrlə bəyan edib ki, zəkatın təşkilati qaydada tətbiqi barədə qərarı yalnız kral verə bilər. Mərakeşdə İslam iqtisadiyyatı üzrə assosiasiya rəhbəri Əbdüssəlam Bilaci isə qeyd edib ki, zəkat fondu mövcud “Milli İnsan İnkişafı Təşəbbüsü” ilə birləşdirilərək yoxsullara dəstək mexanizmi kimi işləyə bilər.

    İqtisadçılar hesab edirlər ki, zəkatın tam tətbiqi ölkə ÜDM-nin təxminən 3%-nə, yəni 34 milyard dirhəmə bərabər maliyyə vəsaiti formalaşdıra bilər. Lakin bu potensialdan tam istifadə olunmur, çünki bir çox imkanlı vətəndaşlar vergi ödəməyin zəkat əvəzi olduğunu düşünürlər.

    Beynəlxalq İslam Maliyyəsi jurnalında dərc olunmuş son araşdırmaya görə, 300-dən çox sorğu iştirakçısının 21%-i zəkat növləri arasındakı fərqi bilmir, 23%-i isə zəkata ildə birdən çox dəfə ehtiyac olduğunu düşünür. Eyni zamanda, respondentlərin 88%-i zəkatın xeyriyyə təşkilatlarına verilməsini düzgün hesab edib.

    Yeni fətva təxminən bir ay ərzində hazır olacaq. Bunun ardından vətəndaşların suallarına cavab vermək üçün xüsusi veb-sayt istifadəyə veriləcək. Mütəxəssislərin fikrincə, bu təşəbbüs zəkatı dövlət siyasətinə inteqrasiya etmək və onu davamlı inkişafın mühüm dayaqlarından birinə çevirmək istiqamətində mühüm addımdır.

    #Zəkat nədir? #İslamda zəkat və sədəqə #İslam dinində zəkatın və sədəqənin əhəmiyyəti #İslamda zəkat və sədəqə nə deməkdir? #Mərakeş kralı VI Məhəmməd #VI Məhəmməd #Ali Elmi Şura #Rəşid Ləzraq #Mərakeşin yeni inkişaf modeli #Milli İnsan İnkişafı Təşəbbüsü #Beynəlxalq İslam Maliyyəsi jurnalı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan masaları çevirir - Avropa Türkiyəyə niyə ehtiyac duyur?

    2 İyun 2026 09:00

    Keçmişi və bu günü ilə Rusiya-İran münasibətləri

    31 May 2026 13:17

    Ərdoğan xilafətin süqutundan sonra Türkiyənin gücünü necə bərpa etdi?

    31 May 2026 12:00

    Husilərin yay mərkəzləri: Məktəbdən cəbhələrə məcburi keçid

    31 May 2026 11:00

    İslam tarixində unudulan qələmlər: Qadın müəlliflərin izi ilə

    31 May 2026 09:00

    Çin-ABŞ rəqabəti fonunda Fici limanları niyə gərginlik yaratdı?

    30 May 2026 09:00

    Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

    5 Aprel 2026 15:00

    Zəkat nədir?

    29 Noyabr 2025 18:50

    Mərakeşdə gənclərin etirazları genişlənir - «Z nəsli 212» hökumətin istefasını tələb edir

    3 Oktyabr 2025 09:52

    Zəkatın verilməsi üçün bir ilin keçməsi şərtdirmi?

    27 İyul 2025 13:56

    Zəkatını Afrikada təhsilə yönəlt

    7 Mart 2025 23:22

    Zəkat necə hesablanır

    11 İyul 2024 11:16
    XƏBƏR LENTİ

    Kanada F-35 planını dəyişir

    Qırğızıstan - Fələstin matçı: Gəlirin bir hissəsi Fələstin xalqına dəstək üçün istifadə olunacaq

    Donald Tramp NATO Zirvəsinə qatılmağı planlaşdırır - Hakan Fidan

    Bəhreyn İran və İraqa səyahəti qadağan edib

    Ağ Evdə keçiriləcək UFC turnirində qadın döyüşçülər iştirak etməyəcək - Dana Uayt

    Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

    “İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanılıb

    İsrailin Livana hücumları davam edərsə, ABŞ ilə danışıqlar dayandırılacaq - Qalibaf

    İniesta BƏƏ-də baş məşqçi oldu

    Parisdə Türk Dünyasının Maddi və Qeyri-Maddi İrsinin Qorunmasına dair Strateji Görüş Keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.