#VI Məhəmməd

«Z nəsli 212» hərəkatı özünü şəffaf müzakirə məkanı kimi təqdim edir. İştirakçılar hər gün onlayn platformalarda səsvermə yolu ilə qərarlar qəbul edirlər. Adını həm “Z nəsli”ndən, həm də Mərakeşin beynəlxalq telefon kodu olan “212”dən götürüb. Hərəkat sentyabrda Əqədir şəhərində səkkiz hamilə qadının xəstəxanada dünyasını dəyişməsindən sonra yaranan narazılıqlar fonunda güclənib.

Mərakeş kralı VI Məhəmməd ölkənin Ali Elmi Şurasına əmr edib ki, zəkata dair hərtərəfli fətva hazırlansın və bu fətva insanların gündəlik iqtisadi və sosial həyatına tətbiq olunsun. Müşahidəçilərin fikrincə, bu addım zəkatı yalnız fərdi şəkildə yerinə yetirilən bir ibadət olmaqdan çıxararaq, onu cəmiyyətin rifahına və sosial inkişafına xidmət edən institusional mexanizmə çevirəcək.