Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Niger ordusu “Boko Haram” liderinin öldürüldüyünü elan etdi, təşkilat isə təkzib etdi

    25 Avqust 2025 09:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Niger ordusu “Boko Haram” liderinin öldürüldüyünü elan etdi, təşkilat isə təkzib etdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKU,AzerVoice Analitik Təhlil Mərkəzi

    Qərbi Afrikada, Çad gölü hövzəsindən gələn məlumatlarda “Boko Haram” terror qruplaşmasının liderinin taleyi ilə bağlı ziddiyyətli xəbərlər yayılıb. Niger ordusu təşkilata qarşı hava zərbəsi zamanı qruplaşmanın rəhbəri İbrahim Məhəmmədin (“Bakoura”) öldürüldüyünü açıqlayıb. Lakin təşkilat bu iddianı təkzib edib və liderlərinin sağ olduğunu bildirib.

    Niger ordusu rəsmi bəyanatında 15 avqustda həyata keçirilən əməliyyat nəticəsində “Bakoura”nın məhv edildiyini bildirdi. Ordu sözügedən əməliyyatı “dəqiq” adlandıraraq, Silla adasında üç ardıcıl hava zərbəsinin endirildiyini qeyd edib. Buna baxmayaraq, ordunun açıqlaması ilə yanaşı heç bir sübut təqdim edilməyib.

    Təşkilata yaxın mənbələr isə “Bakoura”nın sağ olduğunu iddia edir. Fransız mətbuatına danışan mənbə liderlə birlikdə olduğunu deyərək Niger ordusunun açıqlamasını yalan adlandırıb. Analitiklər isə regionda daha əvvəl də bu cür yanlış məlumatların yayıldığını xatırladaraq, ehtiyatlı davranmağa çağırır.

    Bakoura kimdir?

    “Boko Haram” 2009-cu ildə Məhəmməd Yusuf tərəfindən yaradılıb. Onun ölümündən sonra təşkilata rəhbərliyi 2021-ci ildə öldürülən Əbubəkar Şikau üzərinə götürmüşdü. Şikaunun ölümündən sonra təşkilatın rəhbərliyində “Bakoura” önə çıxdı.

    40 yaşlı Nigeriya vətəndaşı “Bakoura” xüsusən 2024-cü ilin martında 300-dən çox məktəbli qızın Kureqa məktəbindən qaçırılması, Çadda hərbi bazaya hücum və onlarla intihar hücumunun planlaşdırılması ilə bağlı günahlandırılır. O, həmçinin etnik Buduma döyüşçülərini təşkilata cəlb etməklə qruplaşmanı yenidən gücləndirməyə nail olub.

    Hadisə fonunda Nigeriya ordusu da şənbə günü ölkənin şimal-şərqində 35 terrorçunun məhv edildiyini açıqlayıb. Hərbi hava qüvvələrinin nümayəndəsi İhimin Ejodami bildirib ki, zərbələr Borno əyalətində, Kamerun sərhədinə yaxın Komşi bölgəsində həyata keçirilib.

    Ekspertlərə görə, “Boko Haram” liderlərinin öldürülməsi ilə bağlı xəbərlər dəfələrlə yayılsa da, bu iddiaların bir çoxu sonradan yanlış çıxıb. Şikau ilə bağlı təcrübə göstərir ki, sübut təqdim olunmayınca ehtiyatlı olmaq vacibdir. Regiondakı mürəkkəb təhlükəsizlik vəziyyəti isə Niger, Nigeriya, Çad və Kamerunun mütəmadi hədəf olduğu faktı ilə bir daha təsdiqlənir.

    #Boko Haram #Qərbi Afrika #Niger ordusu #Bakoura #İbrahim Məhəmməd #Bakoura kimdir? #Əbubəkar Şikau #Kureqa #İhimin Ejodami
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tarixdə bu gün – 14 Aprel

    14 Aprel 2026 00:03

    Əli Kərimli və Məmməd İbrahim barədə qərar qəbul edildi

    16 Fevral 2026 17:40

    Nigeriyada xristianlar mövcudluq təhlükəsi ilə üz-üzədir - Tramp

    1 Noyabr 2025 12:09

    Nigeriyada silahlı hücumlarda 1000-dən çox insan ölüb

    15 İyul 2025 16:54

    Nigeriyada ərzaq böhranı dərinləşir

    14 İyul 2025 10:27

    Şokolad sektorunda qlobal böhran

    20 Aprel 2025 15:00

    Dünyada rekord temperatur müşahidə olunur: Vəziyyət daha da pisləşəcək

    5 Aprel 2025 13:26

    Nigeriyadakı terror aktları nəticəsində 4500 mülki şəxs həlak olub

    21 Avqust 2024 06:19

    Nigeriyada terrorçular yeddi hərbiçini öldürüb

    28 İyul 2024 03:58

    Nigeriyada 7 nəfərin ölümü ilə nəticələnən silahlı hücum baş verib

    24 İyun 2024 09:46

    Nigeriya silahlı dəstələrlə mübarizə üçün 50 yeni döyüş təyyarəsi alacaq

    20 İyun 2024 13:27

    Nigeriyada silahlı dəstələrin hücumu nəticəsində 30 nəfər ölüb

    12 May 2024 05:40
    XƏBƏR LENTİ

    Bu gün Henri Ford ilk avtomobilini sınaqdan keçirdi

    Tarixdə bu gün - 4 İyun

    İran İnqilab Keşikçiləri Korpusu Küveyt hava limanındakı ziyana görə məsuliyyəti rədd edib

    Bəhreyndə İranla əlaqədə ittiham olunan 15 nəfər saxlanılıb

    Fransa niyə Livanın gələcəyinə bu qədər önəm verir?

    2026 Dünya Kuboku öncəsi İran milli futbol komandası üçün vizalar verilib

    İranın Xarici İşlər naziri Küveyt və Bəhreynə hücumları “özünü müdafiə” adlandırıb

    Qərb sahilində İsrail qüvvələrin hücumları davam edir

    Hücumların ABŞ-ın zərbələrinə cavab olduğu iddiası nə qədər doğrudur?

    ABŞ: 125 gəmi dəniz blokadası səbəbindən istiqamətini dəyişib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.