#Qərbi Afrika

Nigerin paytaxtı Niameydə üsyançıların hərbi bazaya və strateji obyektlərə hücumundan sonra vəziyyət nəzarətə götürülüb. Niger ordusu əsas hava bazasında nəzarəti bərpa edib, şəhərdə isə sakitlik yaranıb. Hücum zamanı hərbçilərin bəzi əsgərləri saxlamğa çalışdığı, daha sonra isə paytaxtdakı strateji mövqelərə atəş açıldığı bildirilir. Təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra üsyançıların hücumu dəf edilib və barrikadalar aradan qaldırılıb.

Qərbi Afrikada, Çad gölü hövzəsindən gələn məlumatlarda “Boko Haram” terror qruplaşmasının liderinin taleyi ilə bağlı ziddiyyətli xəbərlər yayılıb. Niger ordusu təşkilata qarşı hava zərbəsi zamanı qruplaşmanın rəhbəri İbrahim Məhəmmədun (“Bakoura”) öldürüldüyünü açıqlayıb. Lakin təşkilat bu iddianı təkzib edib və liderlərinin sağ olduğunu bildirib.