Türkiyə

Türkiyə Daxili İşlər Nazirliyi, Ankara Böyükşəhər Bələdiyyəsi (ABB) tərəfindən həyata keçirilən konsert xərcləri ilə bağlı iddialar çərçivəsində, ABB sədri Mansur Yavaş və Xüsusi Katib Nevzat Uzunoğlu haqqında vəzifə səlahiyyətlərini sui-istifadə və nəzarət vəzifəsini yerinə yetirməmək ittihamları ilə araşdırma aparılması üçün icazə verib.

Bu il Cənubi Afrikanın ev sahibliyi etdiyi G20 Liderlər Zirvəsi, “Dayanıqlılıq, Bərabərlik, Davamlılıq” əsas mövzusu ilə start götürdü. Zirvə, Johannesburg EXPO Mərkəzində keçirilən rəsmi qarşılanma mərasimi ilə açılıb. Ərdoğan sabah zirvə çərçivəsində iki ayrı iclasa qatılacaq, ikitərəfli görüşlər keçirəcək və liderlər şərəfinə verilən rəsmi naharda iştirak edəcək.

Maliyyə Cinayətlərini Araşdırma İdarəsi (MASAK) Əkrəm İmamoğlunun oğlu Səlim İmamoğlunun Xorvatiyada təsis etdiyi Tectum Investment D.O.O. şirkətindəki maliyyə əməliyyatlarını araşdırıb və ciddi uyğunsuzluqlar aşkar edib. MASAK-ın 4 may 2025-ci il tarixli hesabatına görə, Səlim İmamoğlu 2023–2025-ci illər arasında şirkətə 7 ayrı transferlə ümumilikdə 388 min 63 avro göndərib.

İstanbul Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə Şöbəsi son bir ay ərzində şəhər ərazisində cinayət təşkilatlarının fəaliyyətini ifşa etmək və şübhəliləri həbs etmək üçün geniş əməliyyatlar həyata keçirib. Əməliyyatlar çərçivəsində Avcılar, Bahçelievler, Bayrampaşa, Beşiktaş, Esenler, Esenyurt, Eyüpsultan, Fatih, Gaziosmanpaşa, Güngören, Kağıthane, Küçükçekmece, Pendik, Sarıyer, Sultangazi, Şişli və Ümraniye rayonlarında 145 şübhəli saxlanılıb. Onlar arasında iş yeri güllələnməsi, hədələmə, soyğunçuluq, qəsdən yaralama və silah qanunsuz istehsalı və qaçaqçılığı ilə məşğul olanlar da var.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli Yunanıstanın Avropa Birliyi (AB) Dəniz Məkan Planlama (DMP) Platforması vasitəsilə Türkiyənin dəniz səlahiyyət zonalarını pozan bir xəritəni qəbul etdirməyə çalışmasına sərt etiraz edib. Sözçü sosial media hesabında açıqlama verərək Türkiyənin Birləşmiş Millətlər Təşkilatının (BMT) tövsiyələrinə uyğun aparılan Dəniz Məkan Planlama işlərini yaxından izlədiyini xatırladıb. O qeyd edib ki, Türkiyə öz milli DMP-sini 16 aprel 2025-ci ildə elan edib və 12 iyun 2025-ci ildə UNESCO Hökumətlərarası Oşinografi Komissiyasına təqdim edib.

İstanbulda 21 iyun 2024-cü il tarixində “Türkiye Cumhuriyeti Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı Yaxın Şərqdə Fələstin Qaçqınları üçün Yardım və İnkişaf Agentliyi (UNRWA) arasında Ankara şəhərində UNRWA ofisinin yaradılmasına dair anlaşma” imzalanıb. Bu barədə qərar Türkiye Resmi Gazete-də çap olunub. Anlaşmaya əsasən, Ankara şəhərində UNRWA-nın ofisi fəaliyyət göstərəcək və regional proqramların koordinasiyasını təmin edəcək. Bu addım həm Türkiyə ilə BMT arasındakı əməkdaşlığın güclənməsinə, həm də Fələstin qaçqınlarına göstərilən dəstəyin genişləndirilməsinə xidmət edəcək.

Naxçıvan Sazişi və “Türk Dünyası Vizyonu – 2040” dövlətləri ortaq məqsədlər ətrafında birləşdirir və bu çərçivədə hüquqi əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu sözləri Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ədliyyə Nazirləri 2-ci Toplantısında çıxış edərək, hüquq və ədliyyə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 22–23 noyabr tarixlərində Yohannesburqda keçiriləcək 20-ci G20 Liderlər Zirvəsində iştirak etmək üçün Cənubi Afrika Respublikasına səfər edəcək. Məlumatı Prezident Administrasiyasının Kommunikasiya Başçısı Burhaneddin Duran sosial media hesabında açıqlayıb. Prezidentin səfər çərçivəsində Cənubi Afrika Prezidenti Cyril Ramaphosa başda olmaqla, G20 liderləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirməsi gözlənilir.

Türkiyədə Osmaniyədə 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Osmaniyədə yerli vaxtla saat 12:09-da (Bakı vaxtı ilə saat 13:09-da) baş verib. Yeraltı təkanların ocağı 8,8 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA göydə tarixi bir testi uğurla başa vurdu. Testdə Türk Hava Qüvvələrinə məxsus iki F-16 döyüş təyyarəsi iştirak etdi. KIZILELMA, milli AESA radar MURAD ilə hədəf F-16-ya kilidləndi və qanadında daşıdığı milli GÖKDOĞAN raketi ilə simulyasiya atışında tam dəqiqliklə hədəfi vurdu. Tekirdağ Çorludakı AKINCI Uçuş Təlim və Test Mərkəzindən havaya qalxan KIZILELMA, 15 min fut hündürlükdə 1 saat 45 dəqiqə uçaraq həm F-16-larla qrup uçuşu etdi, həm də radar və silah inteqrasiyasını təsdiqlədi.

Türkiyənin 81 vilayətində miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiyaya qarşı keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 9-u xarici vətəndaş olmaqla 29 təşkilatçı saxlanılıb. Yoxlamalar zamanı 434 min 295 nəfərin kimlik məlumatları yoxlanılıb və 687 qeyri-qanuni miqrant müəyyən edilərək tutulub. Miqrasiya İdarəsinin koordinasiyası ilə Polis İdarəsinin Miqrant Qaçaqmalçılığı ilə Mübarizə Baş İdarəsi, Sərhəd Xidmətinin Miqrant Qaçaqmalçılığı və İnsan Alveri ilə Mübarizə Baş İdarəsi və Sahil Mühafizəsi Komandanlığı tərəfindən ictimai əyləncə məkanları, yük maşını qarajları, avtobus terminalları, limanlar və ictimai nəqliyyat dayanacaqlarında geniş yoxlamalar aparılıb. Ümumilikdə 15 min 334 obyekt nəzarət altına alınıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının TBMM qrup toplantısında çıxış edərək ölkəsinin xarici siyasətinə və tarixi kimliyinə dair mesajlar verib. O, Türkiyənin regional məsuliyyət daşıyan dövlət olduğunu və yalnız öz sərhədləri ilə məhdudlaşmayacağını bildirib.