Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türk Dövlətləri Təşkilatı çərçivəsində hüquq və ədliyyə əməkdaşlığını gücləndirməyi hədəfləyirik - Tunc

    20 Noyabr 2025 15:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk Dövlətləri Təşkilatı çərçivəsində hüquq və ədliyyə əməkdaşlığını gücləndirməyi hədəfləyirik - Tunc
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Naxçıvan Sazişi və “Türk Dünyası Vizyonu – 2040” dövlətləri ortaq məqsədlər ətrafında birləşdirir və bu çərçivədə hüquqi əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

    AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin ədliyyə naziri Yılmaz Tunc, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ədliyyə Nazirləri 2-ci Toplantısında çıxış edərək, hüquq və ədliyyə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb.

    Nazir qeyd edib ki, toplantının əsas mövzusu hüquq və ədliyyə sahəsində rəqəmsal transformasiyadır və rəqəmsal texnologiyalar artıq təkcə texniki məsələ deyil, həyatın bütün sahələrini dəyişdirən bir prosesə çevrilib.

    Tunc Türkiyədə ədliyyə sistemindəki rəqəmsal layihələr barədə məlumat verib: UYAP, SEGBİS, E-Məhkəmə (E-Duruşma), cəzaçəkmə müəssisələrinə inteqrasiya olunan ağıllı texnologiyalar (ACEP) və elektron tebligat sistemləri kimi layihələrin ədliyyə xidmətlərini daha əlçatan etdiyini vurğulayıb.

    O, hüquq sahəsində süni intellektdən istifadənin də gündəmdə olduğunu və Türkiyədə böyük data analizi, iş yükü xəritələri və məhkəmə proseslərinin optimallaşdırılmasına dair proqramların hazırlanıldığını bildirib.

    Nazir əlavə edib ki, xüsusilə işlərin təsnifatı, oxşar presedentlərin tapılması və qərar layihələrinin hazırlanması kimi sahələrdə süni intellekt əsaslı sistemlər inkişaf etdirilir və bütün bu proseslərdə güclü kibertəhlükəsizlik infrastrukturunun qurulmasına xüsusi önəm verilir.

    #Türk Dövlətləri Təşkilatının (TDT) #Naxçıvan #TDT #Türk Dövlətləri Təşkilatı (TDT) #Türkiyə Ədliyyə Nazirliyi #Yılmaz Tunc #Türk dünyası #TDT diplomatik münasibətlər #Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    24 Avqust 2026 10:02

    Türkiyədən Netanyahu barədə qırmızı bülleten tələbi: Sumud Donanması işi üzrə proses genişlənir

    21 Avqust 2026 16:21

    Dini dəyərlər cinayət fəaliyyətinə sipər ola bilməz - Türkiyənin Ədliyyə naziri

    17 Avqust 2026 13:52

    TDT Yaponiya ilə əməkdaşlığı gücləndirir

    14 Avqust 2026 12:09

    Naxçıvanı regional nəqliyyat və enerji mərkəzinə çevirəcək yeni mərhələ başlayır - Sevil Mikayılova

    12 Avqust 2026 16:49

    Sadır Japarov TDT-nin Baş katibi ilə görüşüb

    23 İyul 2026 11:42

    Azərbaycan Hava Yollarından Naxçıvan reysləri ilə bağlı vacib məlumat

    6 İyul 2026 17:41

    Azərbaycanla ekstradisiya sahəsində əməkdaşlığımız yüksək səviyyədədir - Türkiyə Ədliyyə naziri

    1 İyul 2026 14:40

    Şuşada mühüm sənəd imzalandı

    30 İyun 2026 16:21

    Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir

    29 İyun 2026 18:47

    TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərləri Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət ediblər

    29 İyun 2026 12:55

    Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək

    24 İyun 2026 19:59
    XƏBƏR LENTİ

    Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

    Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib

    Balıqçılıq sahəsində nəzarət üçün hər dəfə yerində yoxlama tələb olunmayacaq - İlhamə Qədimova

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    Qazaxıstan ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir - Tokayev

    İraq alıcılıq qabiliyyəti üzrə dünya reytinqində neçənci yerdədir?

    Bişkekdə ŞƏT sammitinin yekunlarına dair 28 sənəd imzalanıb

    Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib

    İraqda mənzilsiz ailələrə dövlət dəstəyi - torpaq pulsuz paylanacaq

    ŞƏT “Şanxay beşliyi”ndən iri beynəlxalq təşkilata qədər böyük yol keçib - Tokayev

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.