Türkiyə

Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar Dünya Bankı Avropa və Orta Asiya üzrə vitse-prezidenti Antonella Bassani ilə aparılan görüşdə ilkin mərhələdə 6 milyard dollarlıq maliyyə paketi üzərində işlərə start verilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb. Nazir sosial media paylaşımında bildirib ki, maliyyə vəsaiti yüksək voltajlı elektrik ötürmə yatırımlarında istifadə olunacaq və Türkiyənin 2035-ci il üçün müəyyən etdiyi 120 min meqavatlıq günəş və külək enerjisi hədəfinə töhfə verəcək.

11 noyabrda Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan C-130 hərbi yük təyyarəsi ilə bağlı araşdırmalar davam edir. Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) açıqlayıb ki, hadisə yerində aparılan qəzaya/bərpa işləri yekunlaşıb və komanda artıq Türkiyəyə qayıdıb. Bildirilib ki, hadisə yerindəki təyyarə qalıqları Kayseridəki 2-ci Əsas Baxım Fabrika İdarəsinə göndərilməkdədir və təhlil prosesinə başlanacaq.

Türkiyə terroru olmayan hədəfə çatana qədər səbr, səmimiyyət, cəsarət və qətiyyətlə hərəkət etməyə davam edəcək. Prezident Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsinə qatılmaq üçün səfər etdiyi Cənubi Afrika Respublikasından qayıdarkən jurnalistlərin suallarını cavablandırıb. O, həmçinin G20 Zirvəsinin ilk dəfə Afrika qitəsində keçirilməsindən məmnunluğunu ifadə edib və zirvənin bütün insanlıq üçün xeyirli olmasını arzulayıb.

Türkiyənin əhalisi 1 oktyabr tarixinə olan məlumata görə 85 milyon 980 min 654 nəfər olub. Türkiyə Statistika Qurumunun (TÜİK) açıqlamasına görə, ölkənin əhalisi illik və üç aylıq dövrlər üzrə izlənilir. 2024-cü ilin sonunda əhali 85 milyon 664 min 944 nəfər olub və ilin ilk 9 ayında 315 min 710 nəfərlik artım qeydə alınıb. 1 iyul-1 oktyabr dövründə isə əhali 155 min 800 nəfər artaraq ümumi sayını 85 milyon 980 min 654 nəfərə çatdırıb.

Ankarada diplomatik təmaslarını davam etdirəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq. Görüş zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması istiqamətində atıla biləcək addımların və regional sabitliyin təmin olunmasına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir. Bundan əlavə, Qara dəniz taxıl dəhlizinin yenidən işə salınması ilə bağlı prosesin bərpası da danışıqların əsas mövzularından biri olacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Beştepedə Koreya Respublikasının Prezidenti Li Çzyo Myungu rəsmi mərasimlə qarşılayacaq. Qarşılanma mərasimindən sonra iki lider arasında təkbətək və nümayəndə heyətləri arasında görüşlərin keçirilməsi gözlənilir. Ziyarət çərçivəsində Türkiyə və Koreya Respublikası arasında strateji tərəfdaşlığın gələcək istiqamətləri müzakirə olunacaq. Danışıqların əsas gündəmini ikitərəfli siyasi münasibətlər, müdafiə sənayesi sahəsində yeni layihələr, nəqliyyat və infrastruktur əməkdaşlığı, həmçinin yüksək texnologiya və innovasiya sahələrində qarşılıqlı investisiya imkanları təşkil edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi, noyabrın 24-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı planlaşdırıldığını açıqlayıb. Yohannesburqda keçirilən G20 sammitindən sonra keçirilən mətbuat konfransında çıxış edən Türkiyə lideri Ukrayna Prezidenti Volodimir Zelenskinin bu yaxınlarda Ankaraya səfər etdiyini xatırladıb.

G20 daha çox məsuliyyət üzərinə götürməlidir. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsi çərçivəsində keçirilən sessiyada çıxış edərəkən bildirib. Ərdoğan, 2030 Davamlı İnkişaf Məqsədlərinə baxmayaraq, dünyada hər 10 nəfərdən birinin hələ də həddindən artıq yoxsulluqla üzləşdiyini vurğulayıb. O, qlobal inkişaf yardımlarında yaşanan azalmaya diqqət çəkərək bildirib ki, 2024-cü ildə 9 faiz azalan beynəlxalq inkişaf yardımlarının 2025-ci ildə 17 faizə qədər düşəcəyi gözlənilir. Bu azalmanın xüsusilə Afrika üçün ciddi itkilərə səbəb olacağı qeyd olunub.