Türkiyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyəsində jurnalist və yazıçılarla keçirilən iftar proqramında İsrailin regiondakı hərbi fəaliyyətlərini və dezenformasiya ilə mübarizənin əhəmiyyətini kəskin tənqid edib. Prezident Ərdoğan çıxışında xüsusi vurğulayıb ki, İsrailin addımları yalnız təhlükəsizlik məsələsi deyil, həm də müsəlmanların ilk qibləsi olan Məscid-i Əqsanı ibadətə bağlamaqla dini azadlıqlara qəsddir. O, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolunu xüsusi vurğulyıb: "İsrailin rəhbərlik etdiyi bir müharibə gedir. Əvvəl Qəzza, sonra Livan, ardınca isə İranı hədəf alan bu hücumların pərdəarxası mütləq ifşa edilməlidir".

Müzakirələrin əsas mövzusu ABŞ-İsrail və İran arasındakı müharibənin region ölkələrinə və beynəlxalq nizama yaratdığı risklər olub. Hakan Fidan müharibənin uzanmasının fəlakətli nəticələrə yol aça biləcəyini diqqətə çatdıraraq, tərəfləri tezliklə danışıqlar masasına qayıtmağa çağırıb. Eyni zamanda, nazirlər Ukrayna-Rusiya müharibəsinin mövcud vəziyyətini də nəzərdən keçiriblər. Fidan rəsmi Ankaranın Moskva və Kiyev arasında növbəti danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhaneddin Duran İsrailin Qəzzadakı hərəkətlərindən sonra regionda qeyri-sabitliyi artıran addımlarını davam etdirdiyini bildirib. Duran Məscid-i Əqsada ibadətin məhdudlaşdırılması cəhdlərini və Livanın suverenliyinə qarşı başladılan hərbi əməliyyatları kəskin şəkildə pisləyib.

Türkiyə Xarici İşlər Nazirliyi Qazaxıstanda keçirilən konstitusiya referendumu ilə bağlı rəsmi bəyanat yayıb. Nazirlik ölkənin dövlət idarəçiliyində mühüm dəyişiklikləri nəzərdə tutan bu ümumxalq səsverməsinin dinc və təhlükəsiz şəraitdə keçirilməsindən məmnunluğunu ifadə edib. Açıqlamada qeyd olunub ki, referendum nəticəsində Qazaxıstan Konstitusiyasına edilən düzəlişlər qardaş ölkənin gələcək inkişafı və sabitliyi üçün mühüm addımdır.

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı son mənzilə yola salınır. 78 yaşında çoxsaylı orqan çatışmazlığı səbəbindən vəfat edən alim üçün bu gün İstanbulda vida mərasimləri keçirilir. Məlumata görə, mərasimdən sonra tanınmış tarixçi İstanbulun Fatih məscidində qılınacaq ikindi namazından sonra məscidin həyətində yerləşən məzarlıqda dəfn olunacaq.

Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN ümumi dəyəri 166 milyon 450 min ABŞ dolları olan müqavilələr bağladığını açıqlayıb. Bundan əlavə, ASELSAN ölkə daxilində fəaliyyət göstərən bir platforma istehsalçısı ilə də yeni ixrac müqaviləsi bağlayıb. 54 milyon 600 min dollar dəyərində olan bu müqavilə çərçivəsində xarici istifadəçilərə elektro-optik sistemlərin tədarükü planlaşdırılır

Türkiyənin Akdeniz sahillərində 4,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanların gücü 4,8 maqnituda (Mw) təşkil edib. AFAD-ın açıqlamasına görə, zəlzələ ocağı təxminən 15 kilometr dərinlikdə yerləşib. Hazırda zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Türkiyənin Dənizli şəhərində 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. AFAD-ın açıqlamasına görə, zəlzələ ocağı təxminən 14,91 kilometr dərinlikdə yerləşib.

Türkiyədə Çin şirkətinin planlaşdırdığı avtomobil zavodu layihəsində gecikmə hökumətin diqqətini çəkib. Türkiyədə Manisa vilayətində elektrik avtomobilləri istehsalı üçün nəzərdə tutulan zavod layihəsində gecikmə parlamentdə müzakirə mövzusu olub. Türkiyənin sənaye və texnologiya naziri Fatih Kacır bildirib ki, layihə dövlətin investisiya təşviqi mexanizmləri çərçivəsində diqqətlə izlənilir. Onun sözlərinə görə, investor şirkət müəyyən edilmiş şərtləri yerinə yetirmədiyi halda qanunvericiliyə uyğun tədbirlər görülə bilər.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman ilə Ankarada keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında İran, ABŞ və İsrail arasında davam edən hərbi qarşıdurma barədə açıqlama verib. Nazir bildirib ki, regionda davam edən müharibə mümkün qədər tez dayandırılmalıdır. Onun sözlərinə görə, münaqişənin daha geniş coğrafiyaya yayılması Yaxın Şərqdə yeni təhlükəsizlik böhranı yarada bilər.

Ömər Çelik bildirib ki, Türkiyənin pilotsuz uçuş aparatları və süni intellekt sahəsində imkanlarını inkişaf etdirməsi dövlətin təhlükəsizliyi və gələcəyi baxımından zəruridir. Çelik bildirib ki, dünyanın hazırda keçdiyi mürəkkəb dövrdə və beynəlxalq qurumların təsirinin zəiflədiyi bir zamanda Türkiyənin öz imkan və qabiliyyətlərini artırması həyati əhəmiyyət daşıyır.