Türkiyə

Türkiyədə Cümhuriyyət Xalq Partiyasında (CHP) yaşanan parçalanma fonunda partiya sədri Kemal Kılıçdaroğlu, yeni siyasi partiya yaradacağını açıqlayan Özgür Özəllə bağlı tərəfdarlarına mühüm göstəriş verib. Türkiyə mətbuatının yaydığı məlumata görə, Kılıçdaroğlu Özgür Özəlin CHP-dən ayrılaraq yeni siyasi təşkilat yaratmaq qərarından sonra onu dəstəkləyən millət vəkilləri ilə qapalı toplantı keçirib. Görüşdə partiyanın bundan sonrakı fəaliyyət istiqamətləri, CHP-də qalacaq və ayrılacaq deputatlarla bağlı yol xəritəsi müzakirə olunub.

Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) şirkətinin baş direktoru Mehmet Demiroğlu şirkətin davam edən və gələcək aviasiya layihələri ilə bağlı yeni açıqlamalar verib. Demiroğlu Böyük Britaniyada keçirilən Farnborough Beynəlxalq Aviasiya Sərgisi çərçivəsində təşkil olunan mətbuat konfransında HÜRKUŞ təlim təyyarəsi, HÜRJET döyüş təlim platforması, KAAN milli qırıcı təyyarəsi və T70 helikopter proqramının son vəziyyəti barədə məlumat verib.

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) Qrup rəhbəri Özgür Özəlin yeni siyasi partiya yaradacağını bəyan etməsindən sonra partiya daxilində siyasi mövqelərlə bağlı müzakirələr davam edir. Keçmiş Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar yeni siyasi quruma qoşulmayacağını açıqlayıb.

Türkiyənin Baykar və İtaliyanın Leonardo şirkətlərinin birgə təsis etdiyi LBA Systems şirkəti Bayraktar TB3 platforması əsasında hazırlanan yeni pilotsuz uçuş aparatını (PUA) İngiltərədə keçirilən Farnborough Beynəlxalq Aviasiya və Müdafiə Sərgisində nümayiş etdirib.

2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Böyük Britaniya kapitallı 50 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 şirkət çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Britaniya kapitallı şirkətlərin ümumi kapitalı 842 milyon 400 min 75 türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 349 milyon 955 min 800 türk lirəsi olub.

2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə İraq kapitallı 81 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55 şirkət çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan İraq kapitallı şirkətlərin ümumi kapitalı 234 milyon türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 56 milyon 175 min türk lirəsi olub.

2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Fələstin kapitallı 48 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 şirkət çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Fələstin kapitallı şirkətlərin ümumi kapitalı 140 milyon 195 min türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 36 milyon 900 min türk lirəsi olub.