Türkiyədə kommersiya daşınmaz əmlak bazarında aktivlik 2026-cı ilin iyun ayında artıb. Türkiyə Statistika Qurumu (TÜİK) məlumatlarına əsasən, iyun ayında ölkə üzrə 16 min 565 iş yeri satılıb. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 19,2 faiz artım göstərib. Məlumata görə, iyun ayında satılan iş yerlərinin 5 min 126-sı ilk satış, 11 min 439-u isə ikinci əl satış kateqoriyasına aid olub. İlk satışlar illik müqayisədə 30,8 faiz, ikinci əl iş yerlərinin satışı isə 14,6 faiz artıb.
Türkiyə
Türkiyədə 2026-cı ilin iyun ayında daşınmaz əmlak bazarında aktivlik artıb. Türkiyə Statistika Qurumu (TÜİK) tərəfindən açıqlanan məlumatlara görə, ay ərzində ölkə üzrə 129 min 979 mənzil satışı həyata keçirilib. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 15,8 faiz artım deməkdir. Məlumata əsasən, iyunda satılan mənzillərin 43 min 406-sı yeni tikililər, 86 min 573-ü isə ikinci əl mənzillər olub. Yeni mənzil satışları illik müqayisədə 23,1 faiz, ikinci əl mənzil satışları isə 12,5 faiz artıb. Ümumi satışlarda yeni mənzillərin payı 33,4 faiz, ikinci əl mənzillərin payı isə 66,6 faiz təşkil edib.
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) avqust ayında Türk pilot heyətinin Eurofighter təlimləri üçün İngiltərəyə göndəriləcəyini açıqlayıb. MSB-nin açıqlamasında qeyd olunur ki, həmçinin Hava Hərbi Məktəbində tələbə Veli Bilginin vəfatı ilə bağlı aparılan inzibati və hüquqi araşdırmalar davam etdirilir. Ölüm səbəbi rəsmi tibbi ekspertiza ilə müəyyən olunacaq. Nazirlik sosial mediada spekulyativ açıqlamalara inanılmamasını xahiş edib.
2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Sinqapur kapitallı 19 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 şirkət çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Sinqapur kapitallı şirkətlərin ümumi kapitalı 241 milyon 750 min türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 334 milyon 640 min türk lirəsi olub.
2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Səudiyyə Ərəbistanı kapitallı 19 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 şirkət azdır. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Səudiyyə Ərəbistanı kapitallı şirkətlərin ümumi kapitalı 311 milyon 440 min 858 türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 72 milyon 310 min türk lirəsi olub.
2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Suriya kapitallı 2836 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2816 şirkət çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Suriya kapitallı şirkətlərin ümumi kapitalı 2 milyard 695 milyon 645 min türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 19 milyon 550 min türk lirəsi olub.
2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Rusiya kapitallı 68 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 şirkət çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya kapitallı şirkətlərin ümumi kapitalı 64 milyon 855 min türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 39 milyon 972 min 300 türk lirəsi olub.
Türkiyə Xarici İşlər Nazirliyi Husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etmək təhdidlərini qınayıb. “Husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etmək təhdidlərini qınayır və Səudiyyə Ərəbistanı ilə həmrəylik içində olduğumuzu bir daha təsdiqləyirik.”
2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Misir kapitallı 44 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 şirkət çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir kapitallı şirkətlərin ümumi kapitalı 112 milyon 225 min türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 27 milyon 520 min türk lirəsi olub.
2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Pakistan kapitallı 89 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37 şirkət çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Pakistan kapitallı şirkətlərin ümumi kapitalı 121 milyon 875 min 25 türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 49 milyon 450 min türk lirəsi olub.
2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə İran kapitallı 256 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 147 şirkət çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran kapitallı şirkətlərin ümumi kapitalı 503 milyon 761 min türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 173 milyon 660 min türk lirəsi olub.
Türkiyənin Ankara şəhərinin, Temelli rayonunda təlim məqsədli helikopter qəzaya uğrayıb. Hadisə yerinə çox sayda xilasedici cəlb olunub. İlkin məlumata görə, qəza zamanı 2 nəfər yaralanıb. Hazırda hadisənin səbəbləri araşdırılır.