#Türkiyə futbolu

Türkiyənin "Fənərbağça" klubu baş məşqçi Joze Mourinyonun ayrılmasından sonra 39 yaşlı italiyalı mütəxəssis Domeniko Tedesko ilə müqavilə imzalayıb. Bu barədə klubun yaydığı açıqlamada deyilir. “Komandanın baş məşqçiliyi üçün cənab Domeniko Tedesko ilə 2025-2026 və 2026-2027 mövsümlərini əhatə edən iki illik müqavilə imzalanıb” - deyə, açıqlamada bildirilib.

Türkiyənin futbol üzrə A Milli komandası 2026 FIFA Dünya Kuboku Avropa seçmə mərhələsinin E qrupundakı ikinci oyununda bu gün İspaniya ilə qarşılaşacaq. Görüş MEDAŞ Konya Böyükşəhər Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı İngiltərə Futbol Federasiyasından Maykl Oliver idarə edəcək. Ona yan xətt hakimləri Stüart Burt və Ceyms Meynverinq kömək edəcək, dördüncü hakim funksiyasını isə Kris Kavanax yerinə yetirəcək.

Klubun rəsmi açıqlamasına görə, Trabzonspora transfer müqaviləsi çərçivəsində 27,5 milyon avro + ƏDV ödəniləcək. Bununla yanaşı, Uğurcan Çakır 2029/2030 mövsümünün sonuna qədər Qalatasaray formasını geyinəcək. Qalatasaray klubu qapıçı Uğurcan Çakırın transferini rəsmən açıqlayıb.

Türkiyənin “Beşiktaş” klubu Almaniyanın “Volfsburq” komandasında çıxış edən 27 yaşlı çexiyalı cinah oyunçusu Vatslav Çernı ilə razılığa gəlib. Futbolçu ilə 3+1 illik müqavilə imzalanacaq. Keçid üçün “Beşiktaş”ın 6–7 milyon avro civarında ödəniş edəcəyi və bu məbləği 2029-cu ilə qədər hissə-hissə ödəyəcəyi bildirilib. Hazırda Çexiya millisinin düşərgəsində olan Çernı bu gün İstanbula gələrək tibbi müayinədən keçəcək və müqaviləyə imza atacaq. “Beşiktaş” oyunçunun bu axşam yerli vaxtla saat 23:05-də (Bakı vaxtı ilə 00:05-də) İstanbulda olacağını açıqlayıb.