Yardım karvanının Ağrı vilayətinin Doğubayazıt rayonunda yerləşən Gürbulak sərhəd-keçid məntəqəsi vasitəsilə İrana çatdırılması planlaşdırılır. Van Səhiyyə İdarəsinin rəhbəri Məhəmməd Tosun bildirib ki, bu təşəbbüs müxtəlif bölgələrdən toplanan tibbi vasitələrin koordinasiyalı şəkildə çatdırılmasını təmin etmək məqsədi daşıyır. Onun sözlərinə görə, daha əvvəl də 3 yük maşını ilə yardım göndərilib və son göndərişlə birlikdə ümumi yardım sayı 9 maşına çatır.
#Van
Türkiyənin Van şəhərinin Tuşba rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb. AFAD tərəfindən verilən açıqlamada bildirilib ki, zəlzələdən sonra ilkin mərhələdə hər hansı mənfi hal qeydə alınmayıb. Qurum qeyd edib ki, hazırda ərazidə vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinq və araşdırma işləri davam etdirilir.
Tuğrul bəyin ögey qardaşı İbrahim Yinal 1047-ci ildə Nişapura gələn türkmənləriAnadoluya göndərdi və onların arxasınca gələcəyinə söz verdi.
Van Böyükşəhər Bələdiyyəsi 380 növ idman ləvazimatının alınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində alınacaq materiallar 30 təqvim günü ərzində təhvil verilməsi nəzərdə tutulur.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində Jandarma qüvvələri tərəfindən silah və sursat qaçaqmalçılığına qarşı keçirilən əməliyyatların nəticələrini açıqlayıb.
Pakistanın İslamabad və Vana şəhərlərində baş verən, çoxsaylı insan ölümü və yaralanması ilə nəticələnən terror aktları xəbəri Azərbaycanı dərin kədərləndirib.
İran İslam Respublikası qonşu ölkələrlə əlaqələri gücləndirmək və regional dəmir yolu şəbəkəsini inkişaf etdirmək məqsədilə üç yeni beynəlxalq sərnişin marşrutunun istifadəyə verilməsinə hazırlaşır.
Ali Yerlikaya Adana mərkəzli 7 əyalətdə keçirilən genişmiqyaslı narkotik əməliyyatı nəticəsində 825 kiloqram heroinin ələ keçirildiyini və 30 şübhəlinin saxlanıldığını açıqlayıb.
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Toplu Mənzil İdarəsi (TOKİ), Van şəhərinin Çaldıran ilçəsində yerləşəcək 125 mənzildən ibarət yeni yaşayış kompleksinin inşası, infrastruktur işləri və ətraf mühitin abadlaşdırılması üzrə tender elan edib.
Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülər və Türk Silahlı Qüvvələri Komandanlıq heyəti, İran ərazisindəki hərbi birliklərdə yoxlama və nəzarət işləri aparmaq üçün Van’a getdi.