#Ankara Tehrandan izahat tələb etdi

İran ərazisindən buraxılan və Türkiyənin hava məkanına daxil olan ballistik sursatla bağlı Ankara rəsmi etirazını Tehrana çatdırıb. Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılan İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadəyə baş verən hadisə ilə bağlı Türkiyənin narahatlığı və etirazı bildirilib.