Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    TBMM sədri Numan Kurtulmuş MHP lideri Devlet Bahçeli ilə görüşüb

    24 Fevral 2026 14:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    TBMM sədri Numan Kurtulmuş MHP lideri Devlet Bahçeli ilə görüşüb
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, VOA, Nailə Babazadə

    Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Türkiyə Milliyətçi Hərəkat Partiyası sədri Devlet Bahçeli ilə parlamentdəki kabinetində bir araya gəlib.

    VOA xəbər verir ki, təxminən 30 dəqiqə davam edən qapalı görüşdən sonra mətbuata açıqlama verən Kurtulmuş, bu ziyarətin əsas məqsədinin "Terrorsuz Türkiyə" hədəfi çərçivəsində yaradılan Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının işinə verdiyi dəstəyə görə Bahçeliyə təşəkkür etmək olduğunu bildirib. O, komissiyada təmsil olunan digər siyasi partiyaların rəhbərləri ilə də görüşlərini davam etdirəcəyini vurğulayıb.

    Komissiyanın fəaliyyətini yüksək qiymətləndirən Numan Kurtulmuş, Türkiyənin terrorla mübarizədə tarixi bir eşikdə olduğunu qeyd edib. O bildirib ki, keçmişdə terrorun bitirilməsi üçün müxtəlif cəhdlər olsa da, ilk dəfədir ki, bu məsələ parlament müstəvisində bu qədər geniş iştirakla müzakirə olunur. TBMM-də təmsil olunan partiyaların birindən başqa hamısının qatıldığı bu komissiya çərçivəsində dəyərli dinləmələr keçirilib və cəmiyyətin bütün təbəqələrinin fikirləri nəzərə alınıb.

    Numan Kurtulmuş komissiya tərəfindən hazırlanan birgə hesabatın əhəmiyyətinə diqqət çəkib. O vurğulayıb ki, hazırlanan mətn konkret bir partiyanın görüşünü deyil, parlamentdəki siyasi iradənin ortaq məxrəcini əks etdirir.

    TBMM sədri prosesin bundan sonra da şəffaf və səmimi şəkildə davam etdirilməsinin vacibliyini qeyd edərək, terror məsələsinin Türkiyənin tarixindən tamamilə silinməsi üçün lazımi qanunvericilik aktlarının qısa müddətdə parlamentin baş assambleyasında (Genel Kurulda) yetkinləşdiriləcəyinə ümid etdiyini bildirib.

    #Devlet Bahçeli #Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) #Numan Kurtulmuş #TBMM #Türkiyə Böyük Millət Məclisi (TBMM) #Türkiyə siyasi tarixində 9 fevral: MHP-nin quruluş ildönümü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Özgür Özel CHP kürsüsünə vida mesajı ilə çıxıb

    21 İyul 2026 14:51

    Bahçeli Aİ-nin KKTC ilə bağlı mövqeyini tənqid edib: Qərarlar Brüsseldə verilə bilməz

    19 İyul 2026 15:40

    Hüquqi tənzimləmə yalnız silahı könüllü təhvil verənlərə şamil ediləcək - Kurtulmuş

    5 İyul 2026 20:42

    Kurtulmuş: NATO ölkələrinin Türkiyəyə tətbiq etdiyi müdafiə sənayesi embarqoları alyansın ruhuna ziddir

    29 İyun 2026 14:59

    Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuş ilə görüşüb

    24 İyun 2026 18:30

    Baş nazir TBMM sədri Numan Kurtulmuş ilə görüşüb

    24 İyun 2026 18:26

    Azərbaycan və Türkiyə İslam dünyasında mühüm rol oynaya biləcək ölkələrdir - Numan Kurtulmuş

    24 İyun 2026 16:35

    TBMM sədri Numan Kurtulmuş TÜRKPA Baş katibliyini Bakıda ziyarət edib

    23 İyun 2026 20:46

    TBMM sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib

    23 İyun 2026 19:01

    Avropa Türkiyəyə dərs vermək və ağıl öyrətmək fikrindən əl çəkməlidir - Bahçeli

    23 İyun 2026 12:23

    Türkiyə parlamentinin rəhbəri Azərbaycana səfər edəcək

    22 İyun 2026 14:32

    İsrail Baş nazirinin sözlərinin heç bir çəkisi yoxdur - Numan Kurtulmuş

    11 İyun 2026 14:46
    XƏBƏR LENTİ

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    İslandiya 13 ildən sonra Avropa İttifaqına qayıdır? Referendumda “hə” səsi önə keçdi

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

    Yuxuda məscid görmək necə yozulur?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.