Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyədə yeni nazirlərin andiçməsi zamanı gərgin anlar yaşanıb

    11 Fevral 2026 18:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyədə yeni nazirlərin andiçməsi zamanı gərgin anlar yaşanıb
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarla kabinetdə baş tutan dəyişiklikdən sonra yeni nazirlər parlamentdə and içərək vəzifələrinin icrasına başlayıblar.

    AzerVoice xəbər verir ki, İstanbul Cümhuriyyət Baş prokuroru vəzifəsindən Ədliyyə naziri postuna təyin olunan Akın Gürlek və Ərzurum valisi vəzifəsindən Daxili İşlər naziri təyin edilən Mustafa Çiftçi and içmək üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) gəliblər.

    Konstitusiyanın 106-cı maddəsinə uyğun olaraq keçirilən andiçmə mərasimi gərgin anlarla yadda qalıb. Ədliyyə naziri Akın Gürlek and içmək üçün kürsüyə dəvət olunduğu zaman Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkilləri kürsüyə doğru yürüş edərək andiçməyə mane olmağa çalışıblar. Müxalifət qrupunun bu addımı parlamentdə gərginliyi pik həddə çatdırıb.

    Məlumata görə, nazirlərin and içməsinə mane olmağa çalışan CHP-li deputatlar ilə AK Partiya təmsilçiləri arasında qarşıdurma və əlbəyaxa dava yaşanıb. Yaranmış xaosa baxmayaraq, təhlükəsizliyi təmin etmək üçün AK Partiyalı deputatlar kürsünün ətrafında canlı sədd qurublar. Hər iki nazir AK Partiyalı vəkillərin yaratdığı bu mühafizə halqası daxilində öz andlarını içərək vəzifələrinin icrasına başlayıblar.

    #Türkiyə parlamentində nazirlərin andiçmə mərasimində dava #Akın Gürlek və Mustafa Çiftçi etirazlar altında and içdi #TBMM-də gərgin anlar: Müxalifət nazirlərə mane olmağa çalışdı #Yeni nazirlər canlı sədd daxilində and içərək vəzifəyə başladı #CHP-nin etirazı və parlamentdə arbedə: Yeni nazirlər and içdi #Ərdoğanın yeni nazirləri parlamentdə qarşıdurma ilə üzləşdi #TBMM'de gergin gece: Yeni bakanlar yemin etti #Akın Gürlek ve Mustafa Çiftçi AK Parti çemberinde yemin etti #Meclis'te arbede: CHP'li vekiller kürsüye yürüdü #Yeni bakanların yemin töreninde yumruklu kavga #Adalet ve İçişleri Bakanları resmen göreve başladı #TBMM Genel Kurulu'nda bakanların yemin krizinin detayları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    3 Sentyabr 2026 11:04

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    2 Sentyabr 2026 12:23

    Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir

    2 Sentyabr 2026 11:57

    Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

    1 Sentyabr 2026 14:03

    İyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 58 milyard dolları keçib (ÖZƏL)

    1 Sentyabr 2026 10:22

    Bişkekdə Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub

    1 Sentyabr 2026 09:41

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Türkiyə müxalifəti ABŞ səfirinin "arzuolunmaz şəxs" elan edilməsini tələb edir

    21 Aprel 2026 08:03

    Məhkəmə xidmətləri daha effektiv təşkil olunacaq - Gürlek

    20 Fevral 2026 12:56
    XƏBƏR LENTİ

    İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq

    Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

    Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

    Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

    Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

    Səudiyyə Ərəbistanında 7 nəhəng su zavodu tikilir - digər ölkələrə su satılacaq

    İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.