Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyədə FETÖ-nün maliyyə şəbəkəsinə qarşı əməliyyat həyata keçirilib

    10 Fevral 2026 11:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyədə FETÖ-nün maliyyə şəbəkəsinə qarşı əməliyyat həyata keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Türkiyədə Fetullahçı Terror Təşkilatının (FETÖ) cari maliyyə fəaliyyəti və qondarma “TSK gizli xidmətləri” strukturu ilə bağlı aparılan istintaq çərçivəsində 8 şübhəli saxlanılıb.

    AzerVoice xəbər verir ki, Ankara prokurorluğunun açıqlamasına əsasən, Terror Cinayətləri üzrə İstintaq Bürosunun göstərişi ilə Milli Kəşfiyyat Təşkilatı və Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları FETÖ-nün aktual fəaliyyətlərinin ifşası məqsədilə birgə əməliyyat keçiriblər.

    Texniki və fiziki müşahidə, eləcə də rəqəmsal materialların təhlili nəticəsində aralarında daha əvvəl dövlət qulluğundan xaric edilmiş iki nəfərin də olduğu 8 şübhəli müəyyən edilib. İstintaq materiallarına görə, bu şəxslər əvvəl təşkilat üzvlüyü ittihamı ilə mühakimə olunsalar da, iddianamə tarixlərindən sonra da fəaliyyətlərini davam etdiriblər və cari şəbəkə daxilində yer alıblar.

    Şübhəlilərin yaşayış ünvanlarında və təşkilati fəaliyyət apardıqları məkanlarda aparılan axtarışlar zamanı ümumi dəyəri 2 milyon 500 min lirə olan borc sənədləri , 173 min 895 lirə nağd pul, 31 min 960 ABŞ dolları, 12 min 865 avro, 91 qram qızıl, həmçinin 1 tam və 11 çeyrek qızıl aşkar edilərək götürülüb.

    Bundan əlavə, 23 mobil telefon, 11 noutbuk, 12 fləş yaddaş, 7 CD, 8 SIM kart, 3 sərt disk (HDD), 2 planşet və 3 yaddaş kartı da maddi sübut kimi müsadirə olunub.

    #Türkiyə #Ankara #Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) #FETÖ #TSK #Ankara Respublika Prokurorluğu #Türkiyədə casus şəbəkəsi #Terror Cinayətləri üzrə İstintaq Bürosu #Ankara Polis İdarəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    15 İyul 2026 14:56

    Hakan Fidan Ukraynaya gedəcək

    15 İyul 2026 13:22

    Azərbaycan 15 iyulda, o qaranlıq gecədə qardaşlığını nümayiş etdirdi - Birol Akgün

    15 İyul 2026 11:34

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edib

    14 İyul 2026 17:39

    Ərdoğan Pakistan Silahlı Qüvvələrinin komandanını qəbul edib

    14 İyul 2026 13:01

    15 İyul dirənişinin dünya demokratiya tarixində bənzəri yoxdur - Prezident Ərdoğan

    14 İyul 2026 10:45
    XƏBƏR LENTİ

    Şəxsi brend necə formalaşır? Mütəxəssislər fərqlənməkdən daha vacib üç amili açıqlayırlar

    Bu gün Brüs Li 32 yaşında vəfat etdi

    Tarixdə bu gün - 20 İyul

    Qətərdə fintex inqilabı: Nağdsız ödənişlər may ayında rekord qırdı

    Səudiyyə daşınmaz əmlak elanlarına ciddi nəzarət -lisenziya şərtdir

    Əraqçidən etiraf – Ali Rəhbərin ofisində təhlükəsizlik boşluğu var

    Qərb dünyası niyə ədəbiyyata dinin təsirini qəbul etmir?

    Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub

    Psixoloji pozuntular həqiqətən artır, yoxsa onlar daha çox görünür? Mütəxəssislər sosial media və marketinqin rolunu izah edir

    Hormonların davranışa təsiri: Qadın və kişi aqressivliyinin anatomik fərqləri

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.