Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    2025-ci ildə 180 mədəniyyət nümunəsi Türkiyəyə qaytarılıb

    30 Dekabr 2025 12:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    2025-ci ildə 180 mədəniyyət nümunəsi Türkiyəyə qaytarılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy bildirib ki, 2025-ci ildə xaricə qanunsuz çıxarılan 180 mədəniyyət nümunəsi Türkiyəyə qaytarılıb. 2002–2025-ci illər arasında isə ümumilikdə qaytarılan mədəniyyət nümunələrinin sayı 13 448-ə çatıb.

    AzerVoice xəbər verir ki, nazir qeyd edib ki, Mədəniyyət Varlıqları və Muzeylər Baş İdarəsinin Qanunsuzluqla Mübarizə Şöbəsi vasitəsilə mədəni irsin qorunmasına dair fəaliyyətlər 2025-ci ildə də konkret nəticələrlə davam etdirilib. Xaricə çıxarılan mədəni nümunələr elmi, hüquqi və diplomatik yolla tək-tək müəyyən edilərək ölkəyə gətirilir, muzeylər, hərrac evləri və kolleksiyalar diqqətlə yoxlanılır, beynəlxalq əməkdaşlıqlar və hüquqi proseslər isə ardıcıl aparılır.

    2025-ci ildə qaytarılan mədəni nümunələr arasında Burdur Boubon Antik şəhərindən gələn bronz Marcus Aurelius heykəli ABŞ-dan Türkiyəyə gətirilib. Bu əsər Prezidentlik Millət Kitabxanasında açılan “Arxeologiyanın Qızıl Çağı” sərgisində ictimaiyyətin ziyarətinə təqdim olunub.

    İsveçrə ilə əməkdaşlıq çərçivəsində St. Gallen kantonunda 7 Anadolu mənşəli mədəniyyət nümunəsi Türkiyəyə qaytarılıb. Bahreyn tərəfindən könüllü şəkildə iade edilən İbn-i Berrecan’a aid 1268-ci il tarixli “Kitab Şerhu’l-Esma” yazması isə 3 iyul 2025-ci ildə Konya Yusuf Ağa Yazma Əsər Kitabxanasına təhvil verilib.

    Bundan əlavə, Nyu-Yorkda keçirilən mərasimlərdə Urartu dövrünə aid bronz kəmər, öküz başlı dəbilqələr, Lidya gümüş phialesi, Roma İmperiyası dövrünə aid zirehli imperator heykəli və 83 Anadolu mənşəli bronz sikkə Türkiyəyə qaytarılıb.

    Nazir vurğulayıb ki, hər bir qaytarılma yalnız bir əsərin geri dönməsi deyil, həm də tarixə, mədəni yaddaşa və mədəni müstəqilliyə sahib çıxmağın göstəricisidir. O, bildirib ki, mədəniyyət, incəsənət və turizmi gücləndirən addımlarla Türkiyə əsri birgə qurulur.

    #Mehmet Nuri Ersoy #Türkiyə Mədəniyyət və Turizm Nazirliyi #UNESCO #Beynəlxalq əməkdaşlıq #mədəni irs #Türkiyəyə qaytarılan mədəniyyət nümunələri 2025 #Türkiyənin mədəni irsinin qorunması #xaricdən geri qaytarılan əsərlər #Türkiyə yazma əsərləri və iadə olunmuş kitablar #Anadolu mənşəli sikkələr və bronz heykəllər #Türkiyə mədəni irsi və beynəlxalq əməkdaşlıq #Mədəniyyət və turizm naziri iadələr haqqında #2025-ci ildə Türkiyəyə qaytarılan mədəniyyət əsərləri #mədəniyyət nümunəsi #yazma əsər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib

    3 Avqust 2026 18:32

    İsrailin Cənubi Livandakı dağıntıları ciddi narahatlıq doğurur - BMT

    1 Avqust 2026 21:35

    Livan Prezidenti İsrailin hücumlarını razılaşma üçün birbaşa təhdid adlandırıb

    31 İyul 2026 21:08

    İsrail ordusu Livanın cənubundakı Kfar Təbnit qəsəbəsində güclü partlayış törədib

    31 İyul 2026 19:54

    Türkiyəyə səfər edən Misir turistlərinin sayı artıb (ÖZƏL)

    29 İyul 2026 13:00

    Azərbaycandan Türkiyəyə turist səfərləri azalıb (ÖZƏL)

    29 İyul 2026 11:20

    Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək

    23 İyul 2026 16:06

    Azərbaycan və Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş imzalayıb

    22 İyul 2026 20:00

    Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

    17 İyul 2026 17:37

    Dövlət Xidməti daha bir beynəlxalq mükafata layiq görülüb

    17 İyul 2026 17:13

    İraqın "husa" ənənəsi nədir? Qədim folklor irsi bu gün də yaşadılır

    4 İyul 2026 06:00

    Rusiyanın hücumu Kiyevdə bir ailənin illərlə topladığı mədəni irsi məhv edib

    3 İyul 2026 21:50
    XƏBƏR LENTİ

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.